Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, güclü sənaye potensialının yaradılması üçün qeyri-neft sektorunun illik 10% artımını təmin etmək lazımdır.
“2012-ci ildə qeyri-neft sektorunun artımı 9,7% təşkil edib. Biz elə etməliyik ki, bu inkişaf templərini saxlayaq və hesab edirəm ki, qeyri-neft sektorunda inkişaf 10% səviyyəsində olmalıdır. Biz buna nail ola bilsək, o zaman uzunmüddətli perspektivdə ölkəmizin çox güclü sənaye potensialı yaranacaq”, - deyə İ.Əliyev çərşənbə axşamı keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, 2012-ci ilin yekunları üzrə ötən il neft hasilatında azalma olub və sənaye istehsalı 2,3% azalıb.
İ.Əliyev qeyd edib ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı, çox ciddi addımlar atılacaq. “Bütün hazırlıq işləri görülüb. Nəinki hazırlıq işləri görülüb, eyni zamanda, artıq burada qeyd olundu, böyük sənaye müəssisələri işə düşüb. Onların bir hissəsi dövlət, böyük hissəsi isə özəl sektor tərəfindən icra edilib. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılır. Gəncədə, Sumqayıtda, Bakının Qaradağ rayonunda, digər yerlərdə böyük sənaye obyektləri tikilir və 2013-cü ildə bu istiqamətdə daha da böyük işlər görüləcək”, - deyə o bildirib.
Prezident əlavə edib ki, Azərbaycanda bütövlükdə investisiya iqlimi çox yaxşıdır. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə respublika MDB məkanında liderdir. Bizneslə məşğul olmaq üçün bütün imkanlar vardır, heç bir məhdudiyyət yoxdur, dövlət öz dəstəyini əsirgəmir.
İ.Əliyev vurğulayıb ki, 2013-cü ilə Dövlət İnvestisiya Proqramında texnoparkların fəaliyyəti üçün kifayət qədər böyük vəsait nəzərdə tutulur. “Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar, gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq”, - deyə o qeyd edib.
Dövlət başçısı hesab edir ki, respublikada istehsal edilən məhsullar rəqabətqabiliyyətli olmalı və xarici bazarlara istiqamətləndirilməlidir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət