Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamenti tərəfindən 2012-ci il ərzində vergi CİNAYƏTLƏRİ ı faktları üzrə cəmi 417 cinayət işi başlanmışdır ki, bu da 2011-ci illə müqayisədə 20,4%ş azdır. Bu barədə Vergilər nazirliyinin məlumatında bildirilir.
Həmin cinayət işlərindən 213-ü səyyar vergi yoxlamalarının nəticələri, 193-ü vergi borcunun ödənilməməsi, 6-sı aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı vergi orqanlarından, 5-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanmışdır.
“Hesabat dövründə qaldırılmış 417 cinayət işindən 91 nnəfərə qarşı 87 iş üzrə materiallar məhkəmə orqanlarına göndərilib”,- deyə məlumatda bildirilir.
Bütövlükdə,2012-ci ildə 380 iş üzrə istintaq başa çatdırılıb.
Hesabat dövründə 199 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilmişlər.Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 15 milyon 144,5 min manat təşkil edib. Hesabat dövründə 3 cinayət işi üzrə vergidən yayındırılmış vəsaitin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslərin 3 milyon 301,70 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 45 nəfər tutularaq istintaqa təhvil verilmiş, istintaqdan yayınan 279 şəxsin məcburi qaydada gətiriləsi, 282 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 913 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edillib, 18 nəfərin haqqında həbs qəti imkan tədbiri seçilib.
Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin 2000-ci il may ayının 29-da yaradılıb.Departament 2000-ci il avqustun 30-dan fəaliyyətə başalayıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət