Azərbaycanda 2012-ci ildə kənd təsərrüfatı istehsalının həcmi 4 mlrd. 763,7 mln. manat təşkil edib, bu isə 2011-ci ilin göstəricisini 5,8% ötüb. Bu barədə Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev cümə günü mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hesabat ili ərzində heyvandarlıq məhsullarının istehsalının artımı 5,9% təşkil edib. Eyni zamanda, 2012-ci ildə 478,8 min ton ət, 1 mln. 719,6 min süd, 1 226,7 mln. yumurta, 16,5 min ton yun istehsal olunub.
DSK rəhbəri əlavə edib ki, 2013-cü ilin əvvəlinə Azərbaycanda 8 mln. 651,2 min baş qoyun və keçi (2012-ci il ərzində artım 1,1%), 2 mln. 703,9 min – iri buynuzlu mal-qara (artım 0,8%), o cümlədən, 1 mln. 302,3 min baş - inək və camış hesablanıb.
A.Vəliyev həmçinin məlumat verib ki, 2012-ci ildə bitkiçilik məhsullarının artımı 5,8% təşkil edib.
Eyni zamanda, ötən il Azərbaycanda 2 mln. 802,3 min ton (artım 14%) dənli və dənli-paxlalı bitkilər, 1 mln. 847,4 min ton (12,6%) payızlıq və yazlıq buğda, 181,9 min ton (artım 52,3%) qarğıdalı istehsal edilib.
Bundan başqa, 2012-ci ildə 56,8 min ton pambıq (azalma 33,6%), 4,3 min ton tütün (artım 19,3%), 968,5 min ton kartof (artım 3,2%), 1 mln. 214,9 min ton tərəvəz (2011-ci il səviyyəsində), 428 min ton bostan bitkiləri (azalma 10,5%), 809,8 min ton meyvə və giləmeyvə (artım 5,7%), 150,1 min ton üzüm (artım 9,6%), 567,9 min ton yaşıl çay yarpaqları (artım 6,3%) istehsal olunub.
A.Vəliyev 2012-ci ildə iqtisadi artım templərinə toxunaraq qeyd edib ki, ÜDM-nin artımı 2,2% təşkil edib.
“Eyni zamanda 2012-ci ildə neft hasilatının azalma səviyyəsi neft sektorunda ÜDM-nin 5% azalmasına gətirib. Bu səbəbdən 2012-ci ildə Azərbaycanda sənaye istehsalının 3,3% səviyyəsində azalması müşahidə olunub. O cümlədən, 2012-ci ildə əhalinin pul gəlirləri - 13,8%, ötən il ilə müqayisədə 34,7 mlrd. manata qədər, adambaşına – 12,2% - 3 784,3 manata qədər artıb”, - deyə A.Vəliyev bildirib.
O həmçinin məlumat verib ki, 2011-ci ilin yekunları üzrə müşahidə olunmayan iqtisadiyyatın səviyyəsi 9% təşkil edib.
“2012-ci il üzrə hesablamalar hələlik aparılmayıb. Lakin, düşünürük ki, rəqəmlər 2011-ci ilin göstəricisindən aşağı ola bilməz”. – deyə A.Vəliyev əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət