Azərbaycanın işğal olunan regionu – Dağlıq Qarabağda Ermənistan tərəfindən aeroportun açılışı gərginliyin səviyyəsini artıracaq. Bu barədə öncə ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən, hazırda Tallində Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Metyu Brayza bəyan edib.
“Əlbəttə ki, hüquqi olaraq Azərbaycanın tərkib hissəsi olan ərazidə bu ölkənin icazəsi olmadan aeroportun açılışı gərginliyin səviyyəsini artıracaq. Fikrimcə, bu mövzuya dair bütün danışıqlar ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) himayəsi altında aparılmalıdır”, - deyə M.Brayza cümə günü Bakıda “Ambassador Club Magazine” jurnalının təqdimatında qeyd edib.
Diplomat xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri heç zaman əlavə gərginliyə səbəb olacaq heç bir addımı dəstəkləməyəcəkləri barədə bəyanat veriblər.
Jurnalistlərin M.Brayza ilə söhbəti “Ambassador Club”-un (səfirlər klubu) mətbu orqanı olan “Ambassador Club Magazine” jurnalının ilk nömrəsinin təqdimatı çərçivəsində baş tutub. “Ambassador Club” Avropa İqtisadi Palatanın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə “Global Network Partners Company” ilə birgə yaradılıb. Müxtəlif diplomatların həyatına həsr olunan ilk jurnalın əsas rubrikasının qəhrəmanı M.Brayza olub.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət