Vergilər Nazirliyi mart ayına qədər nağdsız hesablaşmaların tətbiqinin genişləndirilməsinə dair təkliflər hazırlayacaq. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov çərşənbə axşamı mətbuat konfransında bəyan edib.
“Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinə üç ay müddətinə nağdsız hesablaşmalar sisteminin inkişafına dair təkliflər hazırlamağı tapşırıb. Biz hazırda bu təkliflər üzərində çalışırıq. Hesab edirəm ki, bu çox ambisiyalı təkliflərdir. Fevralın sonuna kimi həmin təklifləri müvafiq orqanlara təqdim edəcəyik”, - deyə N.Əmirov bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə nağdsız hesablaşmaların tətbiqi səviyyəsinin genişləndirilməsi üçün inzibati və hüquqi məsələlər həll edilməlidir.
“Təkliflərimizə limitlərin tətbiqi daxil olacaq ki, onların çərçivəsində təsərrüfat subyektləri arasında hesablaşmalar nağd formada həyata keçirilə bilər. Müəyyən edilən limitdən artıq bütün hesablaşmalar yalnız nağdsız formada aparılmalıdır. Bundan başqa, əgər hesablaşmalar nağdsız formada həyata keçirilirsə, həmin təkliflərə stimullaşdırıcı tədbirlər, vergi güzəştlərinin tətbiqi daxil olacaq”, - deyə o qeyd edib.
N.Əmirov lavə edib ki, nazirlik 2014-cü ilə qədər kütləvi pərakəndə satış yerlərində nəzarət-kassa aparatlarının quraşdırılmasını başa çatdırmağı nəzərdə tutur. “Ticarət mərkəzlərində fəaliyyət göstərən obyektlərin əksəriyyətində nəzarət-kassa aparatları artıq quraşdırılıb. O cümlədən, “Binə” və “Sədərək” ticarət mərkəzlərində. Bu normal prosesdir, çünki ticarət və xidmətlərlə məşğul olan bütün təsərrüfat subyektləri vergiləri ödəməlidir. 95 kiçik və orta ticarət mərkəzləri qalıb ki, buradakı pərakəndə satış obyektlərində kassa aparatları quraşdırılmalıdır. Bu iş 2013-cü ildə başa çatdırılacaq”, - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət