“Balaxanı-Sabunçu-Ramanı” və “Kürdəxanı” yataqlar blokunun işlənməsi layihəsinin operatoru olan Almaniyanın “UGE-LANCER PTE. LTD” şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (EITI) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulub. Bu barədə Azərbaycan Dövlət Neft Fondunun mətbuat xidmətinin məlumatında deyilir.
“Yanvarın 21-də “UGE-LANCER PTE. LTD” şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb. Bununla əlaqədar “UGE-LANCER PTE. LTD” şirkəti EITI üzrə 17-ci hesabatda 2012-ci il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə məlumat verəcək”, - deyə məlumatda qeyd edilir.
EITI-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 32-yə çatıb.
Memoranduma uyğun olaraq mineral ehtiyatların hasilati ilə məşğul olan şirkətlər ildə bir dəfə ödənişləri barədə hökumətə məlumat verməlidirlər. Öz növbəsində, hökumət bu şirkətdən daxilolmalarla bağlı hesabat təqdim edir. Bütün məlumatların təqdim olunduğu auditor şirkəti onların əsasında hökumətin hasilat sahəsindən əldə etdiyi gəlirlərə dair ümumi hesabat hazırlayır. EITI üzrə hesabatlar ilin yekunlarına əsasən hazırlanır.
Xəbər verildiyi kimi, Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə 2003-cü ildə qoşulub. Həmin ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə EITI -nin həyata keçirilməsi üzrə xüsusi komissiya yaradılıb.
“Balaxanı-Sabunçu-Ramanı” və “Kürdəxanı” yataqlar blokunun reabilitasiyası, işlənməsi və hasilatın pay bölgüsü haqqında müqavilə 2010-cu il iyunun 3-də SOCAR və Almaniyanın “UGE-Lanser” şirkəti arasında imzalanıb. SOCAR-ın payı 25%, “Lanser” şirkətinin payı isə 75% təşkil edəcək. Saziş 25 il müddətinə nəzərdə tutulub.
Müqavilə sahəsi 16,1 kv. km. təşkil edir. “Balaxanı-Sabunçu-Ramanı” blokunda hasilat 1871-ci ildən aparılır. İndiyədək blokdan 271 mln. ton neft çıxarılıb. Çıxarıla bilən ehtiyatlar 7,3 mln. ton təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət