ABŞ son günlər Misirin bəzi şəhərlərində baş verən iğtişaşları qınayır.Ağ Evin mətbuat katibi Cey Karni bazar ertəsi belə bəyan edib.
“Biz son günlərMisirin bəzi şəhərlərində baş verən iğtişaşları qəti şəkildə qınayırıq”,-deyə o bildirib.
C.Karni söyləyib: “Biz bütün misirliləri sülhsevərliyə, Misir rəhbərliyini isə zorakılığın qəbuledilməz olduğunu anlamağa çağırırıq”.
Xəbər verildiyi kimi Sueç, Port –Səid və İsmailiyyə şəhərlərində bir gün əvvəl ölkə prezidenti Məhəmməd Mürsi tərəfindən elan edilmiş fövqəladə vəziyyət rejiminə baxmayaraq minlərlə nümayişçi küçələrə axışıb.Bu barədə Britaniyanın BBC telekompaniyası çərşənbə axçamı məlumat verib.
Qahirədə M.Mürsinin tərəfdarları və əleyhidarları arasında toqquşmalar davm edir, lakin birləşmiş müxalifət qüvvələri hakimiyyətlə diqloqa getməkdən imtina edirlər.
Misirin müxalifətçi “ Milli Xilas Cəbhəsi” fevralın 1-də ölkədə kütləvi manifestə çağırıb.Bu barədə müxalifətin rəsmi məlumatında bildirilir.
Müxalifət cəbhəsi xalqı fevralın 1-də inqilabın məqsədinə nail olmaq üçün küçə və meydanlara çıxmağa çağırıb.Müxalifət həmçinin, bu yaxınlarda polislə toqquşmalar nəticəsində həlak olmuş onlarla misirlinin ölümünə etirazını ifadə etmək niyyətindədir.
Prezident Məhəmməd Mürsi siyasi böhrandan çıxmaq üçün “Milli Xilas Cəbhəsini” dialoqa dəvət etsə də,müxalifət dəvəti qəbul etməyib və manifest çağırışları edib.Cəbhə lideri Məhəmməd Əl Baradeyinin sözlərinə görə, prezidentin təklif etdiyi dialoq əslində formallıqdan başqa bir şey deyil”.
Misir prezidenti 11 siyasi partiyanın nümayəndələrini, o cümlədən islamçı və liberalları ölkədəki siyasi böhranın həllinə yönəlmiş danışıqlarda iştirak etməyə dəvət edib.
Cümə günü Misir inqilabının ikinci ildönümü günündə polislə nümayişçilərin toqquşmasında təxminən 110 nəfər xəsarət alıb.Ölkənin bir sıra şəhərlərində prezident və “Müsəlman qardaşlar” partiyasının əleyhidarları hökumət binasına hücum etməyə cəhd göstəriblər.Müxalifətçilər “Müsəlman qardaşlar” hərəkatını ölkədə hakimiyyəti qəsb etməkdə və inqilabın ideyasına xəyanət etməkdə ittiham edirlər.
Bazar günü Port-Səid şəhərindəki iğtişaşlarda son məlumatlara əsasən, 35 nəfər həlak olub. Bu şəhərdə iştişaşlar keçən ilin fevral ayında futbol matçından sonra törədilən qalmaqallara görə hakimlərin 21 nəfər təşkilatçıya ölüm hökmü verməsi nəticəsində başlanıb
İsmailiyyə, Sueç şəhərlərində iğtişaşlar 30 gün müddətinə elan edilmiş fövqəladə hal rejiminə etiraz olaraq istirahət günü başlanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət