Azərbaycanlı hüquq müdafiəçisi Eynulla Fətullayev Almaniya dövlətini şəxsən ona və rəhbəri olduğu “İnsan Haqqları Uğrunda” İctimai Birliyinə təzyiq göstərməkdə, həmçinin Almaniya ərazisində insan haqqları ilə əlaqədar monitorinqin keçirilməsinə maneə törətməkdə ittiham edib.
“Hər bir hüquq müdafiəçisi və hüququ müdafiə edən təşkilat fəaliyyətində azad olmalıdır. Fərqi yoxdur, hansı ölkədə və ya beynəlxalq səviyyədə fəaliyyət göstərməsindən asılı olmayaraq”, - deyə o çərşənbə axşamı keçirilən mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, insan haqqlarının müdafiəsi sahəsində beynəlxalq layihənin bir hissəsi Almaniyada reallaşdırılıb, bu isə həmin ölkə rəhbərliyinin narazılığına səbəb olub. “Bir çoxlarında sual yaranıb, niyə layihə biz tərəfdən Almaniyada reallaşdırılıb. Çünki, məlum olduğu kimi, son aylar ərzində Azərbaycan və Almaniya arasında münasibətlərdə bir qədər soyuqluq müşahidə edilib. Əfsuslar olsun ki, bəzi dairələr bunu elə qələmə veriblər ki, guya araşdırmalarımızın məqsədi qəsdən Almaniya dövləti barəsində tənqidi xarakterli məlumatlar hazırlamaqdır”, - deyə E.Fətullayev qeyd edib.
O bildirib ki, layihə Almaniyada insan hüquqlarının müdafiəsi sahəsində problemlərin öyrənilməsi ilə başlayıb və bununla əlaqədar vəziyyətin Fransa, İtaliya, Macarıstan, Ukrayna, Gürcüstan və digər Avropa dövlətlərində öyrənilməsi ilə davam edəcək.
“Layihəmizin məqsədi hansı səbəbdən postsovet dövlətlərinin Avtropa demokratik prinsiplərə əsaslanan siyasi sistem yaratmaq cəhdlərinin müvəffəqiyyətsiz olması məsələsinin araşdırılmasıdır. Bu məsələ, xüsusilə Gürcüstan və Ukraynada baş verən “məxməri inqilablar”dan sonra daha da aktuallaşıb. Lakin, sonradan hazırda da davam edən qlobal iqtisadi böhran başladı. Nəticədə, bir çox Avropa ölkələri demokratik inkişafda ciddi problemlərlə üzləşdi”, - deyə o bildirib.
Onun sözlərinə görə, Almaniyada insan hüquqlarının müdafiəsi sahəsində aparılan araşdırmalar şok effekti yaradıb.
“Mən Almaniyada yaşayan məşhur alman və türklərdən müsahibələr almışan. Araşdırma aparılan zaman bizə məlum olub ki, Almaniyada türklərin qətllərinin arxasında bu ölkənin xüsusi xidmət orqanları durub. Almaniyanın türk icmasının lideri bu dövləti türklərin qətlində ittiham edir”, – deyə o bildirib.
Frankfurtda olarkən E.Fətullayev bu şəhərdə keçirilən dinc aksiyanın dağıdılması əks edilən video materiallarla tanış olub. “Almaniyanın Frankfurt, xüsusilə də Ştutqart şəhərlərində aeroportun inşası planlaşdırılan yerdə meşənin qırılmasına qarşı etirazını bildirmək üçün toplaşan mitinq iştirakçlarının nə dərəcədə qəddar şəkildə dağıdılması bizdə narahatlıq oyatdı. Rusiya, Belarus, Ukrayna, bəzən Azərbaycanda da bu cür mənzərə ilə qarşılaşmışan. Lakin, Almaniyada bunun şahidi olmamışam. Təsəvvür edə bilməzdim ki, demokratik inkişaf edən ölkədə mitinq iştirakçılarına qarşı bu cür qəddar tədbirlər tətbiq edilə bilər”, - deyə hüquq müdafiəçisi qeyd edib.
“Amnesty International”ın Berlindəki nümayəndəliyinin rəhbəri Aleksandr Boşdan müsahibə götürdüm. O, Almaniya polisinin iş üsullarını ciddi olaraq tənqid edib. O həmçinin mənə “Amnesty International”ın Almaniyaya dair hesabatını göstərdi. Burada Almaniyanın həbsxanalarında dustaqlarla qəddar, rəhmsiz münasibət, o cümlədən, irsi mənsubiyyətlə əlaqədar onlara verilən işgəncələr barədə bildirilir. Hətta, hesabatda qeyd edilir ki, bəzi dustaqlar onlara verilən işgəncələr nəticəsində vəfat ediblər”, - deyə E.Fətullayev vurğulayıb.
Onun sözlərinə görə, Brüsseldə olarkən layihənin nəticələrinin təqdimatını keçirmək məqsədilə bəzi dairələr tərəfindən təzyiqlə qarşılaşıb.
“Məndən tələb olundu ki, layihəni maliyyələşdirən sponsorun adını açıqlayım. Buna cavab olaraq bildirdim ki, bizim bir neçə beynəlxalq donorumuz var, o cümlədən “Black Sea Trust”. Təkcə Almaniya səfirliyi mənə qarşı çıxmır. “Amnesty International”ın Azərbaycan üzrə məruzəçisi Maks Taker “Skype”-da mənə analoji suallar verməyə başladı. Həmçinin soruşdu ki, niyə Azərbaycan haqqında araşdırmalar aparmıram. O həddə çatdı ki, Maks Taker mənə açıq şəkildə yazdı ki, əgər yenidən həbsxanaya düşsəm, o zaman hüquqlarımı heç kim müdafiə etməyəcək. Buna Avropa demokratiyaslı deyilir? “Amnesty International” müxtəlif mənbələrdən maliyyələşdirilir. Lakin, fəaliyyəti ən çox Almaniya fondları tərəfindən - 60%-dək maliyyələşdirilir”, - deyə o qeyd edib.
E.Fətullayev bildirib ki, Almaniya XİN-i “İnsan Haqqları Uğrunda” İctimai Birliyi ilə əməkdaşlığa son qoymaq tələbi ilə “Amnesty International”a müraciət edib.
“Almaniyada reallaşdırdığımız layihə bu ölkənin türk icması tərəfindən 30 min avro məbləğində maliyyələşdirilib. Almaniyanın Azərbaycandakı səfirliyində bəyan ediblər ki, bu ölkənin XİN-i ölkəmizdəki diplomatik missiyasına mənimlə əməkdaşlıq etməyə son qoymağı tapşırıb”, - deyə o vurğulayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıya qayıdandan sonra o Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən özünə qarşı qərəzli münasibətlə qarşılaşıb. “Bir daha təkrar edirəm ki, bu layihə yalnız Almaniya ilə bağlı deyil. Biz Fransa, İtaliya, Macarıstan, Ukrayna, Belarus, Rusiyaya da səfər edəcəyik”, - deyə “İnsan Haqqları Uğrunda” İctimai Birliyinin rəhbəri bildirib.
Rəhbəri olduğu təşkilatın büdcəsindən danışarkən, hüquq müdafiəçisi qeyd edib ki, “İnsan Haqqları Uğrunda” İctimai Birliyinin illik büdcəsi 200 min avronu ötür. Bu məbləğdən 30 min avro UNESCO tərəfindən ayrılıb. Təşkilata müxtəlif beynəlxalq donorlar maliyyə yardımı göstərir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət