Dövlət Gömrük Komitəsi 2013-cü ilin may ayında Bakıda “Gömrük sahəsində elektron xidmətlərin tətbiqi və göstərilməsi” mövzusunda beynəlxalq konfrans təşkil edəcək. Bu barədə DGK-nin sədri Aydın Əliyev çərşənbə günü jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, konfrans çərçivəsində gömrük sahəsində elektron xidmətlərin göstərilməsi məsələsinə dair fikir mübadiləsi aparılacaq.
“Azərbaycan bu sahədə digər dövlətlərlə öz təcrübəsini paylaşmağa hazırdır. Bu məqsədlə fevral ayının sonunda DGK nümayəndə heyətinin Əfqanıstana səfəri baş tutacaq. Bu barədə müvafiq razılıq artıq var. Biz İKT sahədə Əfqanıstana kömək etmək niyyətindəyik”, - deyə A.Əliyev qeyd edib.
O məlumat verib ki, DGK İranla gömrük sahəsində əməkdaşlığın dərinləşməsinə çalışır.
A.Əliyev əlavə edib ki, ötən həftə iki ölkənin gömrük orqanlarının rəhbərlərinin müavinləri arasında görüş keçirilib. Görüşdə İrandan Azərbaycana qanunsuz narkotiklərin keçirilməsi, gömrük keçid məntəqələrinin işlərinin sadələşdirilməsi, qaçaqçılığa qarşı mübarizə və digər məsələlər müzakirə olunub.
Görüşün yekunlarına dair tərəflər 6 aydan bir dəfədən az olmamaq şərti ilə, yerli gömrük orqanlarının rəhbərləri – ayda bir dəfədən az olmamaq şərti ilə görüşmək barədə razılığa gəliblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət