Cümə axşamı Prezident İlham Əliyevin iştirakı ilə Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışı olub. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Dövlət başçısına məlumat verilib ki, müasir yarımstansiya rayondakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün 1974-cü ildə tikilmiş köhnə yarımstansiyanın yerində inşa edilib.
Yeni yarımstansiya Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və digər mühüm obyektləri elektrik enerjisi ilə təchiz etmək üçün nəzərdə tutulub. İ.Əliyev yarımstansiyanın dispetçer idarəetmə mərkəzi ilə tanış olub. Yarımstansiya “Xırdalan” və “Müşfiq” yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib hissəsi olmaqla yanaşı, “Nizami” yarımstansiyası ilə əlaqələndirilib. Yarımstansiya işə düşdükdən sonra Prezident videoəlaqə vasitəsilə digər yeni enerji infrastrukturu obyektləri ilə əlaqə saxlayıb və qeyd edib ki, yeni obyektlər paytaxtda elektrik enerjisi ilə təchizatı yaxşılaşdıracaq.
“Bu gün Bakı şəhərində elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Əksinə, gündən-günə elektriklə təchizat yaxşılaşır, maddi-texniki baza möhkəmlənir, yeni xətlər çəkilir, gözəl yarımstansiyalar tikilir“, - deyə İ.Əliyev bildirib.
Daha sonra dövlət başçısı yarımstansiyanın işçiləri ilə görüşərək qeyd edib ki, əgər əvvəllər Azərbaycan enerjini xaricdən almağa məcbur idisə, bu gün respublika qonşu ölkələrə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət