Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu ABŞ-ın Azərbaycan diasporunu və Senatı Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyinə dəstək verməyə çağırıb. Bu barədə Şuranın məlumatında deyilir.
Məlumatda müraciətin mətninə istinadən deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezidentin Kəşfiyyat Məsələləri üzrə Məsləhət Şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər zaman dəstək verib. Bundan başqa, Heygelin Amerikada ermənilərin maraqlarını təmsil edən qrupların təsiri nəticəsində ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəlişə etirazını bildirdiyi, onun Cənubi Qafqazda enerji lahihələrinə dəstək verdiyi qeyd edilir.
Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu müraciətdə Ç.Heygelin namizədliyinə dəstək bildirmək üçün Azərbaycan icmasının üzvlərini Senata, habelə Amerikanın aparıcı mətbuat orqanlarına məktublar göndərməyə çağırır..
Ç.Heygelin müdafiə naziri vəzifəsinə namizədliyi ABŞ prezidenti Barak Obama tərəfindən yanvarın 7-də irəli sürülüb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət