ABŞ Rusiyanın Bəşər Əsədə dəstəyi davam etdirməsi nəticəsində onun hakimiyyətdə qalmasından narahatdır.ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland belə bəyan edib.
“Biz Rusiya ilə Bəşər Əsəd arasında davam edən əlaqələrdən narahat olduğumuzu tamamilə açıq şəkildə bildirmişik .Biz hərbi müqavilələrin yerinə yetirilməsi yaxud siyasi və iqtisadi dəstək barədə danışırıqmı- bütün bunlar rejim üçün əlverişli şərait yaradır.Buna görə o daha az təcrid edilib”,- deyə V.Nuland brifinqdə bildirib.
Diplomat qeyd edib: “Biz danışıqlar zamanı Rusiyadan yalnız Əsədə deyil, həm də onu əhatə edən insanlara, Suriyanın Əsədsiz yaşaya biləcəyini başa salmasını istəmişik”.
Rusiyanın Suriyada siyasi dəyişiklik edilmıəsində əsas rol oynaya biləcəyinə dair sualı V.Nulan belə cavablandırıb. “Bu rolu yalnız suriyalılar özləri oynaya bilərlər”.
V.Nuland ABŞ dövlət katibi Con Kerri ilə Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon söhbəti olduğunu bildirib. “Hər iki tərəf Suriyada siyasi keçid məsələsinin dünya birliyinin digər üzvləri ilə müzakirə etmək və Suriya məsələsi üzrə ortaq fikrə gəlmək barədə işi davam etdirəcəklərini təsdiq ediblər”.
Xəbər verildiyi kimi, telefon söhbəti çərşənbə günü baş tutub.
C.Kerridə Suriya məsələsinə dair iki ölkənin mövqeyi arasında yaxınlaşma olması barədə təəssürat yaranıb- yaranmaması barədə suala V.Nuland :”Düşünmürəm ki, telefon söhbətindən belə ciddi nəticələr çıxarmaq olar”,- deyə cavab verib.O xatırladıb ki, S.Lavrov Münhendə Suriya müxalifət lideri Moaz əl Xatiblə görüşüb.
“Görüş demək olar ki, yeni başa çatıb.Moskvaya bu söhbətin nəticələrini ümumiləşdirmək üçün vaxt lazımdır”,- deyə V.Nuland bildirib.
Onun sözlərinə görə, ABŞ “ Rusiuyanı Suriyaya qarşı başqa mövqe tutmağa inandırmaq cəhdlərini davam etdirəcək”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət