Bakı və Zaqreb arasında siyasi dialoqun yüksək səviyyədə olması digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradır. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xorvatiyanın xarici və Avropa işləri üzrə nazir müavini Yoşko Klisoviçlə görüşdə bəyan edib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya nəzərdə tutulan səfərinin iki ölkə arasında münasibətlərin yeni səviyyədə inkişafına təkan verəcəyi qeyd olunub. Tərəflər səfərə hazırlıq işləri və gündəlikdə olan layihələri müzakirə ediblər.
X.Xələfov maşınqayırma, gəmiqayırma, telekommunikasiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu söyləyib.
O, Ermənistan-Azərbaycan münaqişəsi haqda qonağa ətraflı məlumat verərək, Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə maneə və region üçün təhdid olduğunu diqqətə çatdırıb. Son zamanlar Ermənistanın Xocalı hava limanının açılması ilə bağlı təxribat xarakterli addımları və bəyanatlarına toxunan nazir müavini beynəlxalq birliyin, xüsusilə də Avropa İttifaqının Ermənistana təzyiqlərinin artırılmasının zəruri olduğunu vurğulayıb.
Y.Klisoviç ölkəsinin Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini bildirib və rəsmi Bakı ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib. O, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın vəziyyətini Zaqrebin anlayışla qəbul etdiyini vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət