2012-ci ilin dekabrında Rusiyanın "Xalqların dostluğu" (“Drujba narodov”) jurnalında dərc edilmiş Əkrəm Əylislinin "Daş yuxular" romanı Azərbaycan ictimaiyyətini silkələdi. Azərbaycan hakimiyyəti və ictimaiyyətinin Ə.Əylislinin bu əsərinə sərt reaksiyası tamamilə anlaşılandı. Axı Ə.Əylisli Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş verən real hadisələrə və regionun tarixinə heç əhəmiyyət verməyib. Görünür, məhz bu səbəbdən Ermənistan Yazıçılar İttifaqı Əkrəm Əylislini "qəhrəman və cəsur" adlandırıb.
Lakin KİV və ictimai xadimlərin əksəriyyəti diqqəti romanın bədii-məzmun hissəsinin tənqidinə və onun müəllifinin mənəvi prinsiplərinə yönəldib. Və bütün bunların əsl həqiqət olduğunu iddia edən Ə.Əylislinin istinad etdiyi orta əsr erməni mənbələrindən yan keçilib.
AMEA Şərqşünaslıq İnstitutunun alimi, f.e.n. Elmira Məmmədova və onun həmkarı İsmixan Osmanlı "İnterfaks-Azərbaycan" agentliyinə Ə.Əylislinin "Daş yuxular" romanında istinad etdiyi "Zəkəriyya Əylislinin gündəliyi"nin öz tədqiqatını təqdim ediblər. "Zəkəriyya Əylislinin gündəliyi"nin orijinal nəşri əsasında hazırlanan bu tədqiqat sayəsində "Daş yuxular”da yalana yol verildiyini və əsas qaynağın saxtalaşdırıldığını aşkar etmək mümkün olub.
"Zəkəriyya Əylislinin gündəliyi" çoxsaylı Ermənistan və Rusiya internet-nəşrlərində, lakin əsasən "işlənmiş" variantda yerləşdirilib, burada erməni təbliğatı üçün arzu olunmaz məqamlar silinib və ya "düzəldilib". Lakin "Gündəliyin" hələ sovet dövründə tərcümə edilmiş və dərc olunmuş çap variantı da mövcuddur. ("Zəkəriyya Əylislinin gündəliyi" . SSRİ Elmlər Akademiyası - Ermənistan Filialı. Tarix və Maddi Mədəniyyət İinstitutu. İrəvan: ARMFANA nəşri, 1939).
Məhz Zəkəriyya Əylisliyə istinad edərək (1939: 90,94,111,119), məsələn, təsdiq etmək olar ki, "Azərbaycan" anlayışı orta əsrlərdə həmçinin indiki Ermənistan Respublikasının ərazilərini də əhatə edirdi. Erməni müəllifi yazır:
"1677-ci il. 18 dekabr. Mən, Zəkəriyya, Əylis muqdusisi Ağamirin oğlu, Təvrizdən Marağaya yola düşdüm. Marağa xanı Ağa-xanın oğlu Hüseynqulu-xan idi. O, Adilbəycanın vəziri Mirzə-İbrahimin qızı ilə evlidir. Bu ölkənin qədim zamanlardan çoxsaylı əhalisi, yaxşı məhsuldar torpağı olub. Burada əla düyü bitir ki, keyfiyyəti Hindistandakından yüksəkdir və hədiyyə kimi İspaniyaya qədər daşınır. Bu ölkədə yaxşı pambıq bitir, bol tütün, çoxlu kişmiş və doşab var".
Bundan başqa, Zəkərriyə Qarabağ torpaqları barədə yazır - Qarabağ (Artsax yox). Mətn boyu, həmçinin indiki Ermənistanın ərazisində, Zəkərriya bütün türk və fars toponimləri və hidronimlərini sadalayır.
Əkrəm Əylisli erməni müəllifi Zəkəriyya Əylislinin "Gündəliyində" Azərbaycan torpaqlarına səyahətlərini təsvir etdiyini, türk əhalisi və Qarabağın, İrəvan, Təbriz, İsfahan və sair kimi şəhərlərin elitasından danışdığını gizlədir. Zəkəriyya Əylislini Azərbaycan və osmanlı hökmdarlarının ermənilər üzərində zorakılıqlarının şahidi və "qurbanı" kimi təqdim etməyə çalışan Ə.Əylisli Z.Əylislinin tamamilə başqa şeylər yazdığı barədə susur: o, bütün müsəlman şəhər və kəndlərə sərbəst səyahət edir, öz dini ayinlərini sakitcə yerinə yetirir və təhlükəsizliklə bağlı heç bir problemi yoxdur.
"§ 33. 1668-ci il. 6 yanvar, 3-cü tre, 22-ci Aram, bazar ertəsi. Mən, Zəkəriyyə, bu gün Əylisdə suyun müqəddəsləşdirilməsində iştirak etdim. Davul-zurnanın sədaları altında çayda suyu müqəddəsləşdirdilər ". (1939: 66)
Gördüyümüz kimi, Zəkəriyya Azərbaycanın davul-zurnasının sədaları altında öz dini ayinlərini yerinə yetirib. O, həmçinin qeyd edir ki, Əylis (ermənicə - Akulis) kəndinin türk əhalisi müsəlmanların Ramazan bayramını qeyd edirdi:
"1669-cu il 21 fevral, Əylis. Mən, Zəkəriyya, bu gün maslenitsanı keçirdim. Sonra, fevralın 23-də, çərşənbə axşamı, türklər öz pasxalarını – Ramazan bayramlarını qeyd etdilər". (1939: 70)
Yəni, Azərbaycanın türk əhalisi qədim zamanlardan Əylisdə yaşayıb, bundan başqa, kəndin bütün əhalisinin təxminən ¾-nü təşkil edib. Zəkəriyya Əylislinin "Gündəliyindən" aşağıdakı sətirləri oxuyarkən buna əmin olmaq olar:
"… sultan və Mirzə-İbrahimin adamlarından olan Eynəli ağa adlı şəxs 40 gün Əylisdə qaldılar, bu səbəbdən əylisli ermənilər 50-60 tümən, amma əylisli türklər, çox güman ki, təxminən 200 tümən zərərə düşüblər". (1939: 92)
Qeyd edilən zərərin sadə hesabı göstərir ki, Əylis kəndində ermənilər 25% təşkil edirdilər, qalan 75% əhali türk idi. Bundan başqa, bütün İrəvan xanlığında (bura Əylis kəndi də daxil olub) ermənilərin və erməni kilsəsinin vəziyyəti o dərəcədə yaxşı və azad olub ki, onlar hətta uzaq Kiprin xristian əhalisinə yardım göstərirdilər, rahib Anastat və başqaları bu yardım üçün oradan gəlirdilər. (1939: 106)
Zəkəriyya Əylislinin əsərindən bir neçə saxtalaşdırmaları qeyd edəcəyik, hansılar ki, Ə.Əylislinin "Daş yuxuları" romanında ermənilərin "soyqırım" faktları kimi qələmə verilir:
Əkrəm Əylislinin versiyası: "Bəs şah Abbasın varisi - şah Süleyman Əylisə nə qədər bədbəxtlik gətirdi! Səfiqulu-xanın əmrilə bu gün İrəvandan Əylisə Qaqayız-bəy adlı bir şəxs gəlib. O özü ilə otuz atlı gətirib. Şahın əmrinə görə, onlar Əylis sakinlərindən 1000 tümən toplamalıdırlar. Rüşvətxorluq, zülm, zorakılığın həddi-hüdudu yox idi. Onlar yüzdən artıq insana işgəncələr verdi, otuz beş nəfəri asdılar. Lakin, bütün bu əzablardan sonra camaat cəmi 350 tümən toplaya bildi”.
Zəkəriyya Əylislinin orijinalı: "* Sonra, 1673-cü ildə aprelin 1-də irəvanlı Səfiqulu xanın adından Kaykauz-bəy adlı şəxs, katolikos Akopun naibi, arximandrit Saak, Naxçıvanlı kələntər, cəmi 30 atlı gəldilər. Onlar Əylis sakinlərinin 1000 tümən ödəməli olduqları haqqında şah və xanın əmrilə gəldilər. Kəndlərdə rüşvət və çaxnaşma başladı, bir gecədə 35 nəfəri asdılar, bir çox pisliklər etdilər. Sonda, Əylis, Dəşt və Vankadan cəmi 350 tümən topladılar. Ancaq rüşvəti onlar yalnız Əylisdə deyil, həm də digər yerlərdə tətbiq etdilər və burada 2000 tümənə qədər topladılar. Lakin bu pulu xan katolikosa vermədi, nəticədə onların arasında düşmənçilik münasibətləri və çoxlu səs-küy yarandı. Katolikos gizlincə İsfahana getdi.
§ 68. Sonra, 1673-cü ilin mayın 17-də İrəvandan qaçan katolikos Akop Karvində olan şahın hüzuruna çıxdı.
§ 69. Sonra, xan, katolikosun gizlincə yola düşdüyünü öyrənərək, ona qarşı düşməncəsinə yanaşdı. Xan şaha məlumat verdi ki, bu pullar zorla yığılıb və qoy şah pulu sahiblərinə qaytarsın. Şah əmr verdi. Sonra, 1674-cü ilin aprelin 10-da xanın adından bir nəfər gələrək hər kəsə verdikləri pulu geri almaq üçün qəbzlər təqdim etməyi təklif etdi. Arximandrit, məlik və digər nümayəndələr onun yanına gəldilər. Ancaq [bu rüşvətlər] aşağıdakı qaydada qaytarıldı: yalnız Əylisdən 148 tümən götürülmüşdü, amma təqdim edilən qəbzlərə və şifahi bəyanatlara əsasən, cəmi 98 yarım tümən alındı; hər kəs, daxil etdiyi məbləğə müvafiq olaraq bir tümənə 6300 diai çıxılmaqla pulunu geri aldı". (1939: 91).
Gördüyümüz kimi, Zəkəriyya Əylisliyə əsasən, kəndlərdən töycü yığımı (təkcə Əylis kəndindən deyil) erməni kilsə xadimlərinin, ilk növbədə katolikosun razılığı ilə birlikdə həyata keçirilirdi. Nəticədə İrəvan xanı və erməni katolikosu yığılmış pulları bölmədən Azərbaycan Səfəvi şahının əmri ilə pulun bir hissəsini əhaliyə qaytarıblar. Bundan başqa, erməni məlikləri və kilsə xadimlərinin yerli əhaliyə qaytarılacaq pulun bir hissəsini mənimsədikləri məlum olur. Yəni erməni əhalisindən töycü yığılması və onlara qarşı zorakılıq erməni katolikosunun təşəbbüsü və razılığı ilə həyata keçirilirdi ki, bu barədə də Əkrəm Əylisli, əlbəttə ki, öz "Daş yuxular"ında susmağa üstünlük verir.
Əkrəm Əylisli Zəkəriyya Əylisliyə istinad edərək Azərbaycanın müsəlman hökmdarlarının kəndin erməni məliklərinə səbəbsiz olaraq zülm etdiklərini və cəzalandırdıqlarını iddia etməklə yalana yol verir. Bundan başqa, Əylisli "əvvəllər Nehrəm belə adlanırdı" ifadəsini əsassız olaraq Z.Əylislinin ayağına yazır:
Əkrəm Əyrislinin versiyası: "Bu gün Xosrov-ağa Əylisə gəldi və xalqa elan etdi ki, onu Qoxtanın hökmdarı təyin ediblər. O, Meqri, Şorut, Leqramdan (Nehrəm əvvəllər belə adlanırdı) çoxlu adam gətirmişdi. Onlar Əylis məliki Ovanesi necə də ələ salırdılar. Yazığı eşşəyin üstünə oturdaraq zurnanın sədaları altında hər yeri gəzdirməyə başladılar. Sonra ondan yüz tümən alaraq buraxdılar".
Zəkəriyya Əylislinin orijinalı: "*1681-ci ildə həmin Xosrov ağa Əylisə gələrək burada məskunlaşdı, adamları Meqriyə, Şoruta, Leqrama, Aztapata göndərdi və ağa kimi öz vəzifələrinin icrasına başladı. Sonra Əylis cəmiyyətinin şikayətləri nəticəsində ağa Məlik-Ovini həbs etdi, onun başına çox oyun açdılar, yəni: boynuna boyunduruq taxdılar, eşşəyə mindirdilər və musiqi sədaları altında Əylis və Dəşt boyunca gəzdirdilər. Dəştdən olan Məlik-Süleymanı da eyni qaydada gəzdirdilər. Çünki onları Musabəyin yol verdiyi bütün zorakılıqların gunahkarı hesab edirdilər. Eyni səbəbdən Məlik-Ovini də belə təhqir etdilər. Onlardan işin araşdırılması xərcləri hesaba alınmadan təxminən 130 tümən aldılar. Məlik Ovidən, ehtimal ki, təxminən 200 tümən çıxdı, özü isə məliklikdən məhrum oldu. Süleymanın isə hara göndərildiyi məlum olmadı; Allah bilir onun başına nə gəldi. Əylis məliki Exanets Abraam, [məhəllənin məliki] isə Xocuments Voskan oldu ". (1939: 124).
Mətnin orijinalından göründüyü kimi, Azərbaycan hökmdarı Xosrov ağa özbaşınalıq etməyib, "Əylis cəmiyyətinin şikayətləri nəticəsində" yerli kəndlərin sakinlərinə zülm edən və onları soyan həddini aşmış məlikləri həbs edərək cəzalandırıb. Əkrəm Əylislinin iddiası və Zəkəriyya Əylislinin əslində yazdığı arasında hansı fərqin olduğunu hiss edirsinizmi?
Əkrəm Əylisli Zəkəriyya Əylisliyə istinad edərək Kürdistanın lokallaşdırılması ilə bağlı daha bir yalana yol verib.
Əkrəm Əylislinin versiyası: "1668-ci il. 21 dekabr. Müqəddəs Foma monastırının baş keşişi arximandrit Petros hər tərəfdən monastırın ətrafına yüksək hasar çəkmək əmri verib. Günbəzlərin və zəng qülləsinin tikintisində çay daşı və bişmiş kərpicdən istifadə olunur. Kürdistandan - o vaxtlar Türkiyənin Van, Bitlis, Diyarbəkr vilayətləri Kürdistan adlanırdı… - ustalar gəldilər".
Zəkəriyya Əylislinin orijinalı: "§ 40. *1668-ci ildə Əylisin müqəddəs Foma monastırının baş keşişi arximandrit Petros hasarın və monastırın 4 tərəfdən genişləndirilməsinə başladı; evlərin hamısı daşdan və gildən idi. O, Kürdistandan ustalar dəvət etdi, başqa daşdan və gildən yenidən hasar ucaltdı, qalalar, anbarlar tikdi, bəzi günbəzlər əhəng və daşdan, bəziləri isə bişmiş kərpicdən və mergeldən idi". (1939: 69).
Gördüyümüz kimi, Z.Əylislinin orijinal əsərində o vaxtlar Türkiyənin Van, Bitlis, Diyarbəkr vilayətlərinin Kürdistan adlandırılması barədə heç bir qeyd yoxdur və bu, Ə.Əylislinin ya da onun əvəzinə "Daş yuxular"ı yazanların uydurmasıdır.
Əkrəm Əylisli “ermənilərin bədbəxtliyini” daha da dərindən əks etdirmək üçün əzabkeş ermənilərin, onun fikrincə, onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirən təbii fəlakətlərdən yazır. Lakin, Zəkəriyya Əylisli orijinal mətnində qeyd edir ki, təbii fəlakətlər ermənilərin günahları üzündən baş verirdi:
“1669-cu il.18 aprel. Əylisdə yağışlar başladı və aprelin 30-na qədər davam etdi. Aprelin 30-da qar yağdı və və o biri günə kimi (yəni, mayın 1-nə kimi) davam etdi. Yağan qar elə dondu ki, yüksəklikdə yerləşən kəndlərdə üzümlükləri və ağacları şaxta vurdu. Bu bizim günahlarımıza görə baş verdi”(1939:73)
Ermənilərin pis vəziyyətdə olmalarını təsvir edən Ə.Əylislidən fərqli olaraq Z.Əylislinin “Gündəliyində” İrəvan xanlığında ermənilərin Azərbaycan hakimləri yanında nüfuza sahib olmaları və vəzifə tutmaları barədə də oxumaq olar.
“14 oktyabr. Mən Zəkəriyya İrəvana gəldim. Nəcəfqulu xanın sarayında yerli sikkəxananın rəisi olan Simon qardaş da burda idi (1939:51). Bu gün bizim qardaşımız Simon, ona Şmavon da deyirlər, 20 nəfərin müşayəti ilə Əylisə gəldi. Onların arasında firənglər və İrəvan erməniləri də var idi. O, 10 gün burda qaldıqdan sonra, İsfahana getmək üçün Təbrizə yola düşdü. O, artıq 18 ildir İrəvanda sikkəxana rəisi kimi xanın yanında qulluqdadır, həm də xanın tədarükçüsüdür”.(1939:79)
Bununla yanaşı, müsəlman olan Azərbaycan xanları öz hesablarına ermənilərin dini ayinlərinin icra edilməsi üçün xristian bayramları təşkil edirdilər.
“1678-ci il. 6 yanvar, 6 tre, 22 aram, bazar günü. Mən, Zəkəriyya Marağada suyun müqəddəsləşdirilməsi mərasimində iştirak etdim. Marağa xanı Hüseynqulu erməniləri çağıraraq bütün yaxın kəndlərin savadlı adamlarını bu ayini yerinə yetirməyə çağırdı. Ermənilər bildirdilər ki, onlar arasında monax və kilsə ayinlərini yaxşı bilənlər yoxdur, və onlar bu günə qədər həmin ayini yerinə yetirməyiblər. Xan cavab verdi ki, olanlarla qane olmaq mümkündür. 10 keşiş toplandı və şəhərin ermənilər yaşayan hissəsində dini ayin yerinə yetirildi. Çox geridə qalmış xalqdır. Nə xaç var idi, nə də ələmdar; dini ayini belə də yerinə yetirdilər”.(1939:113)
Yeri gəlmişkən, bu o Marağadır ki, yarım əsr sonra, 1828-ci ildə çar Rusiyasının təşəbbüsü ilə oradan Qarabağa, Azərbaycan torpaqlarına ilk ermənilər köçürüldülər.1978-ci ildə Leninavan kəndində (əvvəllər Marağaşən adlanırdı) ilk 200 erməni ailəsinin Marağadan (Cənubi Azərbaycan) Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə təntənəli şəkildə mərmər obelisk qoyuldu (1828-ci il Türkmənçay müqaviləsi bağlandıqdan sonra). Ermənilər özlərinin bu torpağa gəlmə olduqlarını gizlətmək üçün 1989-cu ildə Ermənistan-Azərbaycan münaqişəsi başlandıqdan sonra ilk fürsətdə bu abidəni sökdülər.
Əkrəm Əylisli daha sonra yerli türk dəstələrinin erməni kəndlərinə hücumlarını təsvir edir, lakin nədənsə Zəkəriyya Əylislinin gündəliyində qeyd olunan rus kazaklarının İran şəhərlərinə dağıdıcı yürüşləri barədə yazmağı “unudur”. Bu yürüşlər zamanı əsasən qadınlar və uşaqlar həlak olub. Z.Əylisli bu barədə aşağıdakıları yazır:
“1668-ci il. 26 iyun. Əylis. Bu gün xəbər gəldi ki, Gilan dənizi tərəfdən 20 000 kazak hücum edib; Rəşt şəhəri onlar tərəfindən talan edilib, çox sayda insan öldürülüb, külli miqdarda mal aparıblar. Sonra bu hadisənin gerçək olduğunu təsdiqləyən məktub və adam gəldi. Rəşt çox güclü zərər görüb”. (1939:67)
Vicdansızcasına “əgər zorakılığa məruz qalaraq öldürülən hər erməni üçün bir şam yandırılsaydı, onda bu şamların işığı ay işığından gur olardı” deyə yazan Əkrəm Əylisli eyni zamanda regiondakı müsəlmanların çəkdiyi zülümləri də xatırlamalı idi. Z.Əylisli müsəlman əhalisinin dəhşətli qətliamı barədə yazır:
“§ 38. 1668-ci il. 20 noyabr. Mən Zəkəriyya İrəvanda idim. Bu gün İsfahandan Süleyman şahdan İrəvana Səfiqulu xana çapar gəldi. Bütün xanların və bəylərin etdiyi kimi, 800 adam göndərmək barədə fərman verilmişdi; Çünki, 20000 nəfər rus Astrabada hücum edərək, şəhəri talan edib, vəhşilik törətmişdilər; kiçik uşaqları havaya ataraq onları qılıncla ikiyə bölmüşdülər”. (1939:68)
Əkrəm Əylisli bütün bunları “görmür”, görünür ona görə ki, onu bu yaxınlarda erməni xalqının “qəhrəmanı” elan edən Ermənistan Yazıçılar Birliyindəki dostları bu barədə yazmağı sifariş etməyiblər. Görünür ki, nə Əkrəm Əylisliyə, nə də onun erməni dostlarına orta əslərdə yaşamış tacir Zəkəriyya Əylislinin gündəliyindəki “münasib olmayan” yerlərdən sitat gətirmək əlverişli olmayıb. Erməni təbliğat mətbəxi belə işləyir, “yeni-köhnə” saxtakarlıqlar yaradır və Əkrəm Əylisli kimillərindən istifadə etməklə onları “leqallaşdırır”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət