2013-cü ildə Azərbaycanda su təchizatı və kanalizasiya layihələrinin reallaşdırılmasına dövlət investisiyaların həcmi təxminən 800 mln. manat təşkil edəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəyan edib.
“İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Keçən il Dövlət İnvestisiya Proqramı çərçivəsində bu məqsədlərə böyük həcmdə vəsait qoyulub. 2013-cü ildə bu məqsədlərə təxminən 800 milyon manat ayırmağ nəzərdə tutulur. Bu investisiyaların həcminin daha artıq olacağı mümkündür”, - deyə İ.Əliyev bildirib. Prezidentin çıxışının mətni çərşənbə günü rəsmi mətbuatda dərc edilib.
Onun sözlərinə görə, bu layihələrin əsas məqsədi - bütün yaşayış məntəqələrində - Bakıda, bütün şəhərlərdə və kəndlərdə dayanıqlı, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilməsidir.
İ.Əliyev qeyd edib ki, su təchizatı və kanalizasiya sahəsində layihələr Azərbaycanın əhalisinin artımı nəzərə alınmaqla reallaşdırılır. Bu sahəd bütün problemlər yaxın illərdə həll edilməlidir.
Prezident əlavə edib ki, 2014-cü ildə yeni beş ilə nəzərdə tutulan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul ediləcək (2014-2018-ci illərə - İF-Az).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət