Bakı Metropoliteni “qırmızı” metro xəttini “yaşıl” xəttdən ayırmağı planlaşdırır.Bu barədə Metropolitenin məlumatında bildirilir.
“Metronun yeni stansiyalarının tikintisi ilə yanaşı əsas məsələlərdən biri də “yaşıl” və “qırmızı” xətlər üzrə azad hərəkət zolağının təmin edilməsidir. (qırmızı xətt- “Xətai” stansiya- “Azadlıq prospekti” stansiyası; qırmızı xətt -“İçərişəhər” stansiyası və “Həzi Aslanov” stansiyası).Bu xətlərin bir–birindən ayrılması üzrə işlər “28 May” metro stansiyasının yenidənqurma işləri çərçivəsində 2016-cı ilə qədər başa çatdırılacaq”,- deyə məlumatda bildirilir.
Metropolitenin məlumatına əsasən, “qırmızı” və “yaşıl” xətlərin ayrılması üzrə işlər Fransanın “Buig” və “Akkord” şirkətləri tərəfindən həyata keçiriləcək.İşlər Moskva , Almatı ,ABŞ, Norveç, Almaniyada metro və tunel tikintilərində istifadə edilmiş yeni-Avstriya üsulu ilə həyata keçiriləcək.
“Yeni Avstriya metodunun istifadəsi tunel çəkilməsi proseslərini sürətləndirəcək və xərcləri 10% azaldacaq.lakin Bakıda bu metodun tətbiqi üçün “Amber Engineering AG” şirkəti tərəfindən bütün layihənin ekspertizası aparılacaq.Yalnız bundan sonra tikinti işləri son mərhələyə keçəcək”,- deyə məlumatda bildirilir.
Tikinti işlərinin son mərhələsində metroda qatarların hərəkətinə məhdudiyyət qoyulacaq.” Lakin nəticədə metropolitendə optimal hərəkət sistemi tətbiq ediləcək”,- deyə məlumatda bildirilir.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir.Hazırda Bakı Metropoliteni iki xətt və 23 stansiyadan ibarətdir. Bakı Metropolitenin illik sərnişin daşımaların həcmi 200 mln.nəfər təşkil edir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət