2012-ci il ərzində 28 bələdiyyənin fəaliyyətində mövcud qanunvericiliyin ciddi pozuntuları aşkar edilib. Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov cümə günü Milli Məclisin plenar iclasında məlumat verib.
“Bu faktlara dair materiallar araşdırılmaq üçün Baş Prokurorluğa təqdim edilib”, - deyə V.Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətə dair illik hesabatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ötən il Ədliyyə Nazirliyi 8970,47 hektar torpağın qanunsuz verilməsi faktlarını aşkar edib. Bu isə 2011-ci il ərzində məlumatlardan iki dəfə artıqdır. Həmin torpaqların bələdiyyələ qaytarılması təmin edilib.
Nazir müavini qeyd edib ki, 2012-ci ildə Baş Prokurorluğa korrupsiya faktının mövcudluğu ilə əlaqədar səkkiz müraciət daxil olub.
“2012-ci ildə ədliyyə orqanlarına həmçinin 52370 akt daxil olub, bu isə 2011-ci ilin göstəricisindən 64% çoxdur. Onlardan 1532-si qeyri-qanuni tanınaraq sonradan öyrənilməsi üçün bələdiyyələrə yönəldilib. Onlardan beşi üzrə bələdiyyələr tərəfindən məhkəmə iddiaları təqdim edilib, dörd iddia təmin edilib, - deyə o vurğulayıb.
V.Zahirovun sözlərinə görə, ötən il bələdiyyələrin 6000-dən artıq əməkdaşı təlim kursları keçiblər.
“Ötən il Ədliyyə Nazirliyinə o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı 1587 şikayət daxil olub, bu isə 2011-ci ildən 31% azdır”, - deyə nazir müavini bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət