1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edən eks-prezident Ayaz Mütəllibov 1992-ci il fevralın 26-da Xocalı soyqırımından öncə baş verən hadisələr haqqında “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə müsahibə verib.
- Dağlıq Qarabağda azərbaycanlı əhalisinin məskunlaşdığı şəhərciyinin, Xocalının dinc sakinlərinə qarşı törədilən, 600 nəfərdən çox uşaq, qadın və qocanın bu şəhərcikdən qaçışı zamanı ölümü ilə nəticələnən faciədən 20 ildən çox vaxt keçib. O faciəli hadisələri Siz bu gün necə xatırlayırsınız?
- Sizə belə deyə bilərəm: bu faciə heç vaxt unudulmaz ki, xatırlansın. Xocalı sakinlərinin acısı və dözülməz ağrıları daim azərbaycanlıların qəlbində və ruhundadır. Vaxt qəddarlığına görə heç bir çərçivəyə sığmayan şahidi olduğumuz həmin o dəhşətli günləri heç vaxt yaddaşlardan silmir. Bu hadisələr ədalətə, insafa, insanpərvərliyə və mərhəmətə olan inamımızı sarsıtdı. Törədilən faciə azərbaycanlıların "sivil ölkələrin" təbliğ etdikləri ümumbəşər dəyərlərinə inamsızlığına və ən dəhşətlisidir ki, onların əhval-ruhiyyəsinə mənfi təsir göstərməklə haqq-ədalətə ümidsizliyə, gizlətməyəcəyəm, ürəklərdə mərhəmətsizlik hisslərinin yaranmasına gətirib çıxarmışdı. Xocalı hadisələri erməni millətçilərinin 1988-ci ilin fevralında əsasını qoyduqları xalqlarımız arasında olan kəskin münasibətləri daha da pisləşdirdi. Bu hadisələr erməni millətçiləri və onların havadarlarının azərbaycanlılar kimi sadə qonşularının ərazilərinin ələ keçirilməsi naminə əsrlər boyu irəli sürdükləri soyqırım və etnik təmizləmə ideyasının həyata keçirilməsinə start vermələrindən sonra başlandı.
Mənə gəldikdə deyə bilərəm ki, həmin o unudulmaz dəhşətli günlərdə keçirdiyim sarsıntıları mən pis yuxularımda belə təsəvvür edə bilməzdim. Ruhum bu gün də əziyyət çəkir ki, qara əməllər törədən, lakin cəzasız qalan yaramazlar haradasa gəzişirlər və qəlbimizi rahat edəcək cəza onları, həmçinin zabit şərəfini adlayıb keçərək müdafiəsiz insanlara atəş açan keçmiş 366-cı motoatıcı alayın poqonlularını hələ də yaxalamayıb. ..
- İndiyədək həmin hadisələri təhlil edərkən, bəziləri bütün diqqətini regionda gedən siyasi hadisələrin mahiyyətini açmayan şeylər haqqında şablon mülahizələrə verirlər. Məsələn, insanların mühasirədən xilas olmaları üçün dəhliz verilmişdimi, niyə hadisə barədə ilk məlumatda ölənlərin sırasında cəmi iki nəfər göstərilib, niyə mühasirəyə düşən insanlar vaxtında çıxarılmayıb, niyə bizim özünümüdafiə dəstələrimiz qaçqınların qarşısına çıxmayıb. Belə suallar az deyil. Amma bu olmuş fraqmentlərdir. Siz Xocalı qırğınının baş vermə səbəbləri haqqında nə deyə bilərsiniz?
- Sual tamamilə yerində verilib. Hadisənin siyasi tərəfini araşdırmadan onun nəticələri barədə fikir yürütmək olmaz. Xocalı hadisəsi Azərbaycan ərazisinin, daha dəqiq desək, hətta sovetlərə qədər Rusiya imperiyasının vahid etnik-iqtisadi subyekti olan Qarabağ regionunun bir hissəsinin qoparılması təhlükəsi olmaqla sarsıntılı həyasızlığı və vəhşiliyi ilə hamıya yaxşı məlum idi. Məhz bu vəzifələr ətrafında SSRİ-nin dayaqlarının demokratikləşdirilməsi fonunda 1988-ci ilin fevralında dramatik hadisələr baş verdi. Qısası, yenidənqurmanın üçüncü ilində Azərbaycan SSR DQMV-də təkcə Azərbaycanı deyil, sonradan göründüyü kimi o vaxtkı ölkəni bütünlükdə darmadağın etməyə malik olan və özündə potensial qanlı və böyük gücü ehtiva edən hadisələrə start verildi. İnanmaq olarmı ki, dünyada çox böyük təsiri, ölkəsinin ən yaxşı kəşfiyyat orqanları olan ittifaq mərkəzi Azərbaycanda başlayan ərazi münaqişəsinin nəyə gətirib çıxara biləcəyini başa düşmək bacarığına malik olmasın? Yox, buna inanmaq olmaz! Ümid etmək olarmı ki, azərbaycanlılar DQMV-də artıq baş vermiş hadisələrə biganə qalacaqlar? Əminəm ki, yox. Deməli, münaqişənin ardınca qan tökülməsinə də şübhə yarana bilməzdi. Belə çıxır ki, Qarabağ qiyamının sponsorlarının vəzifələrinə qan tökülməsi də daxil idi ki, bu da azərbaycanlıların vəhşi olmaları və onlarla bir ölkədə yaşamağın mümkün olmamağı barədə fikirlərin təbliğinə kömək etməli idi. Bu səbəbdən də ermənilər Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxmaq tələbini irəli sürmüşdülər.
Mən bu yerdə bir az dayanmaq istəyirəm ki, bu barədə fikirlərimi bölüşüm. Söhbət ondan gedir ki, Xankəndində mitinqlərin təşəbbüskarları DQMV-nin Azərbaycanın tərkibindən çıxması barədə tələblərini rəsmi Bakı tərəfindən erməni icmasına qarşı edilən ayrı-seçkiliklə əsaslandırırdılar. Bu zaman Bakıda, digər şəhər və rayonlarda yaşayan ermənilərin sıxışdırılmasından danışılmırdı. Halbuki, onların ümumilikdə sayı muxtariyyətin erməni sakinlərindən daha çox idi. Erməni millətindən olan Azərbaycan vətəndaşları Bakıda Azərbaycanın hakimiyyət, sosial, kadr iyerarxiyasının bütün pillələrində Ermənistan vətəndaşı olan azərbaycanlılara nisbətən daha çox təmsil olunmuşdular. Bəs onlar hansı səbəbdən Qarabağ ermənilərindən dəm vurmalıdırlar? Tərəddüd etmədən açıq demək lazımdır ki, vilayətin erməni əhalisinə qarşı ayrı-seçkilik olmasına istinad etmək məhz DQMV ərazisini Azərbaycandan qoparmaq məqsədini daşıyırdı. Qarşıdurmanın təşəbbüskarlarının əlində vəziyyətin kəskinləşdirilməsi üçün kifayət qədər arqumentlər yox idi, yəni bu işə onlar gözüyumlu gedirdilər. Özünü dünya ictimaiyyətinin diqqətinə “alçaldılmış və təhqir olunmuş” millət kimi çatdırmaq üçün əllərindən gələn hər şeyi edirdilər! Terror aktlarını həyata keçirmələri bu işdə onlara böyük kömək olurdu. Azərbaycanda qatarlarda, avtobuslarda partlayışlar törədilməsini, azərbaycanlılarla əməkdaşlıq etmək istəyərək mehriban qonşuluq münasibətlərini saxlayan ermənilərin fiziki cəzalandırılmasını xatırlatmaq kifayətdir. DQMV ərazisində iki azərbaycanlının bu hadisələrlə əlaqədar ilk şəhid olması da təsadüfi deyil.
Belə olan halda etiraf etmək lazımdır ki, Azərbaycandakı hadisələr, o cümlədən qan tökülməsi o vaxtkı ittifaq dövlətinin bütün aidiyyatı hakimiyyət orqanlarının razılığı və icazəsi ilə baş verirdi. Məhz buna görə də artıq 1988-ci ilin dekabrında Ermənistanda azərbaycanlı qalmadı, onlar etnik təmizləmə işinin həyata keçirilməsi nəticəsində doğma torpaqlarından qovuldular. Bir qədər sonra isə azərbaycanlılar Dağlıq Qarabağdan, yəni öz torpağından qovulmuşdular. Bütün bu deyilənlər SSRİ dövründə, ölkə vətəndaşlarının qanının tökülməsini müşahidə edən və öz fəaliyyətsizliyi ilə onu şövqləndirən o vaxtkı ittifaq rəhbərliyinin cinayətkar laqeydliyi nəticəsində baş vermişdi! Burada yerli rəhbərlərin respublikada qayda-qanun yaratmaq iqtidarında olmamasına istinad etmək əsassızdır, çünki mərkəz onların hamısını aşağı, yəni döşəmə səviyyəsinə endirmişdi. Bu hal təkcə Azərbaycanda deyil, ərazi münaqişələri olan hər bir yerdə baş verirdi. SSRİ-nin süqutundan sonra gərginlik yeni təhlükəli mərhələyə, tam xaos yaratmaq və xüsusilə Azərbaycanda rəhbərliyi dəyişdirmək məqsədilə kənardan proseslərə açıq müdaxilə və destruktiv proseslərlə idarəetmə mərhələsinə keçmişdi. Bu məqsədlə vəziyyət elə bir həddə çatdırıldı ki, bunun ardınca erməni birləşmələri və azərbaycanlıların qırğınına cəlb edilən 366-cı motoatıcı alayın hərbi qulluqçularının həyata keçirdikləri qırğın, Xocalı şəhərinin işğalı və onun sakinlərinə qanlı divan tutulması baş verdi. Qırğını törədənlər heç bir vicdan əzabı çəkmirdilər, çünki ermənilərə qarşı Sumqayıtda və Bakıda törədilən və dünyanın hər tərəfinə geniş yayılan talançılıq əməlləri ermənilərə azərbaycanlılara qarşı sürü nifrəti aşılamış və ermənilərin törətdikləri əməllər sivil dünya ölkələrində onların ədalətli qisası kimi qəbul olunmuşdu. Ancaq Bakıda və Sumqayıtda talanlar baş verdikdə azərbaycanlılar erməniləri xilas edirdilər. Və bu da faktdır ki, xilasetmələrdə sadə azərbaycanlılar iştirak edirdilər. O günlərdə hansı qüvvələrin respublikada suyu bulandırması, xalqlarımız arasında münasibətləri pisləşdirməsi, vətəndaşlar arasında münaqişələr yaratmaqla vəziyyəti gərginləşdirməsi haqda danışmaq çox çətin idi. Amma o vaxt belə qüvvələrin mövcudluğuna bu gün heç bir şübhə yoxdur. Və onlar həmin tarixi məqamda tamamilə konkret bir tapşırığı icra edirdilər.
Bəla onda idi ki, respublikanı idarəetmə qabiliyyətini itirən respublika hakimiyyət orqanlarından heç nə asılı deyildi. Hələ Xocalıda qanlı hadisələr baş verməzdən öncə, yerli hakimiyyət orqanlarını o qədər hörmətdən salmışdılar ki, tam başıpozuqluq və xaos yaranmışdı.
Elə isə bəs Azərbaycanda, eləcədə digər ölkələrdə baş verən bütün bu hadisələr hansı siyasi mahiyyət daşıyır. Azərbaycanda bunun mahiyyəti onun əlverişli coğrafi mövqeyə və böyük yataqlarının mövcudluğu baxımından karbohidrogen xammalına malik olmasındadır. Ona görə də bütün baş verənləri geosiyasi məqsədlərinə çatmaq üçün Dağlıq Qarabağla manipulyasiya etməklə əlaqələndirmək lazımdır. İttifaq mərkəzinin mühüm məqsədlərindən biri Azərbaycanda baş qaldıran separatçılığın qarşılığında yerli erməni separatçılarına dəstək vermək olub. Axı o zaman respublikalar suverenlik haqqında bəyannamələr qəbul edirdi. Mərkəz isə "yenidənqurma dəyərlərinə" guya anlayışlı yanaşaraq, buna yol vermək istəmirdi. Belə əzəmətli dövlətçilik vəzifələri bir qədər fərqli variantda Rusiyanın postsovet siyasətçilərinin düşüncəsində də mövcud olub. Ona görə də torpaqların toplanması üçün lazımi tədbir kimi keçmiş müttəfiq respublikalarda separatizmə qarşı profilaktika sovet Moskvasından postsovet Moskvaya rəvan qaydada keçdi. Bu, 90-ci illərin əvvəllərində Azərbaycana çox bəlalar gətirdi. Başlanğıc Xocalı faciəsi, sonu isə respublikanın yeddi rayonunun itirilməsi oldu...
- Xocalı hadisələrinə qayıtmaq istərdim. Bu yaxınlarda BMT-nin iclasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsi dinlənilən zaman erməni səfiri respublikanın Xalq Cəbhəsini nəzərdə tutaraq Xocalı hadisələrinin azərbaycanlıların özləri tərəfindən törədiyini bildirib. Belə olduğu halda o bir daha Sizin sözlərinizə istinad edərək bəyan edib ki, guya bu fikirləri müsahibələrinizin birində demisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Məsələ ondadır ki, qırğında azərbaycanlı izinin olması barədə mənə istinad etməyə rəğmən ermənilərin əlində başqa güclü dəlil yoxdur. Bunu sübüt etmək üçün daha güclü dəlillərlə silahlanmaq lazımdır, nəinki sakinlərin mühasirəyə alınaraq atəşə tutulmuş şəhərcikdən çıxarılması üçün hansısa dəhlizlərin açılmasına istinad etmək. Buna baxmayaraq, adı hallandırılan dəhlizlər 600 nəfərdən çox güllənənən, sonradan isə tanınmaz hala salınan uşaq, qadın və qocanı, 1000-dən artıq yaralını xilas etmədi. Ermənilərin daha çox istinad etdikləri müharibə qaydalarına görə (baxmayaraq ki, onlar rəsmi qaydada Azərbaycana müharibə elan etməyiblər) dinc əhali hərbi əməliyyatların obyekti ola bilməz. Buna əsaslanaraq demək olar ki, boş şəhərə hücum edənlər, ilk növbədə, dinc əhalinin nəinki şəhəri, həm də bütövlükdə muxtariyyəti tərk etməsinə əmin olmalı idilər. Onlar bunu etməmişdilər. Bununla yanaşı, “Memorial” cəmiyyətinin istintaq materiallarına əsasən, gecə ikən şəhərdən qaçan əhaliyə dəhliz verilməsi və insanların radioyayım vasitəsi ilə xəbərdarlıqlar edilməsi böyük şübhə altındadır. İnsanların mühasirədən çıxması üçün marşrut göstərilməsi barədə də heç bir vərəqə tapılmadı. Ümumiyyətlə, insanların təhlükəsizliyi barədə fikirləşmədən hadisələri bu qədər tezləşdirmək hansı zərurətdən irəli gəlirdi. Axı öz doğma yurd-yuvasından qovulan azərbaycanlılar hələ qədimdən ermənilərlə qonşuluqda yaşayıblar. Onlar bir vaxtlar qarışıq ailə qurub, bir-birinin evinə qonaq gediblər. İndi isə ancaq azərbaycanlı olduqlarına görə onları güllələmək olar! Səbəb də odur ki, erməni millətçiləri tərəfindən tez-tez incidilməsinə baxmayaraq, azərbaycanlılar daim ənənəvi qonşuluq qanunlarından geri çəkilməyib, ürəklərində kin-küdurət saxlamayıb, vaxtaşırı başlarına gətirilən qırğınlar barədə xatirələrlə yaşamayıblar. Belə ki, azərbaycanlıların qonaqpərvərliyi, tolerantlığı təəccüblü fenomendir. Sadəlik və ürəyiyumşaqlıq çoxdan ona şöhrət gətirib. Bəs onda Xocalıdan olan dinc qonşulara belə patoloji qəddarlıq nə ilə izah edilir?
Əminəm ki, mehriban qonşuluq prinsipini qan tökmək cəsarəti naminə elə-belə adlayıb keçmək ruhi cəhətdən normal adamın işi deyil. Məsələ başqadır. Həmişə yaxşılıq yamandan güclü olub. Sonda hər iki xalq barışıq yolunda üz-üzə gəldikdə yaxşılıq həmişə olduğu kimi qələbə çalıb. Ona gorə, xocalıları qəddarlıqla qətlə yetirənlər eyni vaxtda əsrlər boyu qonşu olmağa məhkum olan xalqların barışığı yolunda yaranan imkanları məhv ediblər. Belə ki, mehriban qonşuluq hətta silahlı düşməni tərksilah edən əzəmətli bir gücdür. Bircə bunu demək qalır ki, meşə yolu ilə qaçan sakinləri vəhşicəsinə qətlə yetirənlər azərbaycanlılara, barışıq yaranması imkanlarına nifrət ediblər. Özünü belə ancaq bütün erməni xalqı ilə eyniləşdirməməklə hər bir dövrdə əməlləri ilə onlara əziyyət vermiş millətçilər apara bilərdilər.
İndi isə məsələnin mahiyyəti, yəni çex jurnalisti Dana Mazalovaya verdiyim müsahibəyə rəğmən ermənilərin, səhv etmirəmsə guya mənim Azərbaycan Xalq Cəbhəsini Xocalı hadisələrinin təşkilatçısı adlandırmağıma istinad etmələrinə münasibətim barədə fikrimi bildirim. Mən Azərbaycan Xalq Cəbhəsini Xocalı hadisələrinin təşkilatçısı adlandırmamışam. Mən qətiyyətlə bu təşkilatın adını çəkə bilməzdim, çünki müsahibə verdiyim anda respublika foto sənədlərindən başqa heç bir dəlilə malik deyildi. Ölkə Prezidenti kimi hər-hansı nəticə çıxarmaq üçün mənim də əlimdə dəlil yox idi. Bununla belə, mən dəfələrlə müxtəlik kütləvi informasiya vasitələrində bildirmişəm ki, Xocalı faciəsi Azərbaycan cəmiyyətini şok vəziyyətinə, geniş miqyaslı depressiyaya salıb.
Hakimiyyət uğrunda mübarizənin bütün qanunlarına görə Xalq Cəbhəsi yaranan vəziyyətdən istifadə etməyə bilməzdi. Bu səbəbdən o, Ali Sovetin fövqəladə sessiyasının çağırılmasına və burada mənim istefamın gündəliyə salınmasına deputatların məcbur edilməsini təşkil etdi. Xocalı faciəsini törədənlər AXC-yə hakimiyyətə gəlmək üçün yaxşı şans verdi. Mən baş verən hadisəyə görə mənəvi məsuliyyəti üzərimə götürməyə bilməzdim və bu səbəbdən istefa vermək məcburiyyətində qaldım. Bu postsovet məkanında mənim tərəfimdən nümayiş etdirilən ilk siyasi mədəniyyət dərsi idi. Hərçənd, mənim heç bir şəxsi təqsirim yox idi. Bu mənada demək olar ki, ermənilər tərəfindən Xocalıda törədilən qırğın hakimiyyət uğrunda mübarizə aparan AXC-nin köməyi ilə Azərbaycanda stabilliyi pozmaq məqsədi güdürdü. Aydın görünürdü ki, mən o vaxtkı “demokratik” erməni rəhbərliyinə, həmçinin vaxtilə Yeltsinin ətrafında olan şəxslərə və təbii ki, AXC-dən olan azərbaycanlı “demokratlar”a münasib tərəfdaş deyiləm. Məni prezident postundan uzaqlaşdırmaq məsələsində azərbaycanlı və erməni demokratların maraqlarının ümumi olduğunu demək, məncə artıqdır. Bu, indi hamıya məlumdur.
Xatırlatmaq istərdim ki, pasport rejiminin yoxlanılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi haqqında M.Qorbaçovun fərmanının icrası ilə əlaqədar olaraq, 1991-ci ilin aprel-iyul aylarında ancaq peşəkar ordunun bacardığı xüsusi hərbi əməliyyat keçirildi və 20-dən artıq kənd erməni terrorçularından təmizləndi! Həmin günlərdə Moskvada olarkən, Ermənistan prezidenti bildirdi ki, cəmiyyətdə ona qarşı yönələn narazılıqlar dalğasını yaradan qeyd etdiyim kəndlərin boşaldılması əməliyyatını o mənə bağışlamayacaq. Prinsip etibarı ilə bu gözlənilən idi. Ancaq mən şəxsən Ermənistan prezidentinin rahatlığı naminə azərbaycanlıların regionun azərbaycanlı və erməni əhalisini terror edən erməni hərbi qruplaşmalarına son qoymaq tələbinə etinasız yanaşa bilməzdim. Mən isə cavabında bildirdim ki, 1988-ci ilin dekabrında bütün azərbaycanlıların piyada və ayaqyalın qarlı dağlarla Ermənistandan qovulmasını mən də ona heç vaxt bağışlamayacağam. Həmin vaxtda da zorakılığın qurbanı olaraq çoxlu sayda uşaq, qadın və qoca dağlarda donaraq həlak olmuşdular.
Hesab edirəm ki, AXC haqqında söylədiyim fikirlərə istinad olunması məsələsinə aydınlıq gətirdim. Mənim prezidentliyim dövründə fəaliyyət göstərən AXC-yə tənqidi mövqeyim olmasına baxmayaraq, Xocalı hadisələrində onun rolu olmasını deyə bilmərəm. Lakin hakimiyyətə gəlmək üçün verilən şansdan onların məmnun olmalarına şübhə etmirəm. Sözgəlişi deyim ki, ermənilər Xocalıdakı rollarından imtina etməməlidirlər. Sual olunur: demək mümkündürmü ki, AXC 366-cı alayın anqarından ağır texnikanı çıxararaq 1992-ci il fevralın 25-də Xocalını atəşə tutmuşdu. Yaxud da, mühasirədə olan Şuşa və Xocalıya ərzaq, dərman göndərdiyimiz, yaralıları daşıdığımız sərnişin vertolyotunu Dağlıq Qarabağ səmasında AXC vurmuşdu. Qeyd edim ki, Mülki Aviasiyanın Zabrat vertolyot dəstəsinin bir neçə vertolyotu vurulduqdan və təyyarəçilər həlak olduqdan sonra digərləri mühasirədə olan Azərbaycan şəhərlərinə uçmaqdan imtina etmişdilər. Bəs Dağlıq Qarabağ haqqında deyilən bütün bu hadisələri kimlər təşkil etmişdi? Soruşmaq istərdim: Azərbaycan milisinin sərəncamında olmayan tanklardan və digər ağır texnikadan ona qarşı istıfadə olunması nə dərəcədə məqsədəuyğun idi? Şübhəsiz ki, Xocalı hadisələrinə dair söylədiklərimə istinad edilməsinə AXC də səbəb olmuşdu. Çünki Ali Sovetin fövqəladə sessiyasının çağırılmasından və mənim məcburi istefamdan sonra baş verənlərdə yalnız məni günahlandırmaq adi bir hala çevrilmişdi. Ölkənin kütləvi informasiya vasitələri də aktiv şəkildə bu xətti tutmuşdu. Allaha şükürlər olsun ki, son illər kimlər bunu anlamalıdırsa, artıq başa düşürlər ki, erməniləri Xocalıda soyqırım əməllərinə görə günahlandırdıqları halda bütün məsuliyyəti ölkə prezidentinin üzərinə qoymaq olmaz!
Allah Xocalı şəhidlərinə rəhmət etsin!
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət