“Eurovision-2013” beynəlxalq mahnı müsabiqəsində Rusiyanı müğənni Dina Qaripova təmsil edəcək. Bu barədə “İnterfaks”a “Birinci kanal”ın ictimaiyyətlə əlaqələr direktoru Larisa Krımova məlumat verib.
“Birinci kanal”ın “Səs” televiziya layihəsinin qalibi Dina Qaripova ölkəmizi “Eurovision-2013”-də təmsil edəcək”, - deyə L.Krımova bildirib.
O əlavə edib ki, D.Qaripovanın müsabiqədə çıxış edəcəyi mahnı bir az sonra geniş ictimaiyyətə təqdim olunacaq.
21 yaşlı Zelenodolskda abadan olan D.Qaripova səsvermənin nəticələrinə əsasən “Səs” televiziya layihəsinin qalibi olub. Seçimdə 1,5 mln. izləyici iştirak edib. D.Qaripovanın qələbəsindən sonra ona Tatarstanın əməkdar artisti adı verilib.
Layihədə Rusiya və MDB ölkələrindən təxminən 50 vokalçı iştirak edib. Final səsverməsi dekabr ayında keçirilib.
“Eurovision” – Avropa yayım İtiifaqı ölkələri arasında keçirilən illik mahnı müsabiqəsidir. Müasbiqə 1956-cı ildən etibarən hər il keçirilir və 600 mlyon izləyici auditoriyası olan dünyada ən populyar qeyri-idman tədbirlərindən biridir. Festival canlı yayımda keçirilir. Hər ölkədən bir nümayəndə iştirak edə bilər (solist və ya musiqi kollektivi). Mahnı üç dəqiqədən artıq səslənməməlidir.
“Eurovision”da çıxış bir çox musiqi ifaçılarının sənətinə uğurlu təkan verib. Məsələn, İsveçrənin ABBA qrupu və müğənni Selin Dion məhz bu mahnı müsabiqəsində çıxışlarında sonra dünyada tanınıblar.
2008-ci ildə Rusiyanın ifaçısı Dima Bilan ilk dəfə “Believe” mahnısı ilə müsabiqənin qalibi olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət