Azərbaycan deputatları Serj Sarqsyanın təkrar Ermənistanın prezidenti seçilməyindən nə bu ölkənin inkişafında irəliləyiş, nə də rəsmiİrəvanın Dağlıq Qarabağ probleminə dair mövqeyinin dəyişilməsini gözləmirlər.
“Ermənistan özünü Cənibi Qafqaz regionunda bütün iqtisadi proseslərdən təcrid etdi. Ölkənin idarə edilməsində gücdən istifadə yalnız ölkəyə deyil, həm də regionda vəziyyətin sabitliyinin pozulmasında Sarqsyan rejiminin əsas mahiyyətidir”, - deyə Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun fikrincə, hakimiyyəti qoruyaraq Sarqsyan rejimi Qarabağ münaqişəsində status-kvonu qorumağa çalışacaq. “Son illər nizamlanma prosesində tam dondurulma qeyd edilib. Ermənistan tərəfi bu prosesdə iştirakını təqlid etməyi belə dayandırırb. Düşünürəm ki, bu siyasət davam etdiriləcək, çünki Ermənistan bu gün ön mövqe funksiyasını icra edir. Ermənistanın Cənubi Qafqazda sabitliyin pozulması rolu davam edəcək. Eyni zamanda ölkənin sosial-iqtisadi vəziyyəti daha da pisləşəcək. Əhali ölkəni tərk etməyə davam edəcək. Axı erməni vətəndaşları ölkədə yerləşdirilən tank, raket və topları qida kimi istifadə etməyəcək!”, - deyə A.Mollazadə bildirib.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə hesab edir ki, Sarqsyanın təkrar seçilməsi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini asanlaşdırmayacaq. “Məhz Sarqsyanın səyləri ilə danışıqlar prosesi ləngidilir, baxmayaraq ki, bu Ermənistana dövlət kimi və sadə erməni vətəndaşlarına əlverişli deyil. Lakin bu hakimiyyəti qəsb edən Sarqsyana və onun ətrafındakı adamlara sərfəlidir”, - deyə o bildirib.
A.Mirzəzadə hesab edir ki, Sarqsyanın hakimiyyəti saxlaması Qarabağ probleminin sülh yolu ilə həll perspektivlərini yalnız uzaqlaşdırmayacaq, həm də Ermənistanın özünün perspektivlərinə zərbə endirəcək.
“Hesab edirəm ki, yaxın beş il erməni xalqı üçün yaxşı heç bir şey vəd etmir. Və, əlbəttə ki, Sarqsyanın təkrar seçilməsi Dağlıq Qarabağ münaqişəsi ətrafında həll prosesinə mənfi təsir göstərəcək. Ermənistanda Qarabağm dalğasnda hakimiyyətə gələn hərbi xunta cırtdan dövlətləri tərəfindən Azərbaycanın bu regionun müstəqilliyinin tanınmasına dair addımlar atacaq, atəşkəs rejimi daima pozulacaq, sülh prosesi öncə olduğu kimi nəticəsiz olacaq”, - deyə deputat Zahid Oruc hesab edir.
“Bütün dünyaya bəyan etmək lazımdlr ki, təhrif edilmiş seçkilər əsasında Sarqsyanın təkrar seçilməsinin qanuniləşdirilməsi bütün region üçün təhlükə ifadə edir”, - deyə o əlavə edib.
Hər üç parlament üzvü hesab edirlər ki, bazar ertəsi Ermənistanda keçirilən prezident seçkiləri kütləvi saxtalaşdırmalarla müşayiət edilib və seçkilərin nəticəsi xalqın iradəsini ifadə etmir.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət