“Təmiz Şəhər” ASC tərəfindən BMT-nin Təmiz İnkişaf Mexanizminə əsasən təqdim edilən Balaxanı poliqonunda bioqazların tutulması üzrə karbon krediti layihəsi BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvesiyasında uğurla qeydiyyatdan keçmişdir. Ümumilikdə, Azərbaycan tərəfindən Təmiz İnkişaf Mexanizmi üzrə 4 layihə uğurla qeydiyyatdan keçmiş və bu layihələrdən ikisi “Təmiz Şəhər” ASC-yə aiddir.
“Təmiz Şəhər” ASC tərəfindən təqdim edilmiş birinci layihə Tullantıların Yandırılması Zavodunun fəaliyyəti ilə bağlı idi. Bu layihə çərçivəsində tullantıların yandırılması nəticəsində alternativ enerji əldə ediləcəkdir. Hər iki layihənin həyata keçirilməsi nəticəsində tullantıların düzgün zərərsizləşdirilməsi ilə yanaşı onlardan alternativ enerjinin əldə edilməsi və insan sağlamlığı və ətraf mühit üçün mənfi təsirlərin qarşısının alınması mümkün olacaq. Layihələrin mütəmadi olaraq BMT tərəfindən təyin edilmiş müstəqil auditor şirkətləri tərəfindən monitorinq aparılacaq.
BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə Rio de Janeyroda 3-14 iyun tarixlərində keçirilən Ətraf Mühitin Mühafizəsi və İnkişafa dair Konfransında razılaşdırılmış beynəlxalq ətraf mühit sazişidir. Sazişin məqsədi atmosferdə istilik effekti yaradan qazların toplanmasını iqlim sisteminə təhlükəli antropogen təsirin qarşısını alacaq miqdara endirməkdir. Təmiz İnkişaf Mexanizmi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən yaradılmışdır. Mexanizm ətraf mühitin mühafizəsi sahəsində inkişafı stimullaşdırır.
Mətbuat Xidməti
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət