Azərbaycan Yaponiyaya üçüncü ölkələrin bazarlarında kosmik sənaye sahəsində əməkdaşlıq etməyi təklif edir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib.
"Azərbaycan Sakit okean regionu ölkələrindən, xüsusilə Yaponiyadan texnologiya məhsullarının tədarükü üçün bazardır. Biz isə öz növbəmizdə, Yaponiya ilə regional bazarlarda birgə əməkdaşlıqda, yəni üçüncü ölkələrin bazarlarında əməkdaşlıqda maraqlıyıq", - deyə Ə.Abbasov çərşənbə günü Azərbaycan-Yaponiya kosmik sektor seminarında bildirib.
Onun sözlərinə görə, Yaponiya ilə belə əməkdaşlıq ölkələr arasında mal dövriyyəsinə müsbət təsir göstərəcək, həmçinin Azərbaycanda rəqabəti gücləndirəcək.
Nazir vurğulayıb ki, Azərbaycan kosmik sənaye sahəsində Sakit okean regionu ölkələri ilə genişmiqyaslı əməkdaşlıqda maraqlıdır. "Biz Yaponiya ilə bu sahədə əməkdaşlığa başlamağa şad olardıq. Bu, texnoloji cəhətdən inkişaf etmiş ən iri bazardır və Avropa bazarı kimi o qədər də məhdud deyil", - deyə Ə.Abbasov söyləyib.
Yaponiya nümayəndə heyətinə rəhbərlik edən “Mitsubishi Electric” korporasiyasının böyük vitse-prezidenti Takaşi Sasakava hesab edir ki, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ölkənin kosmik sənayesinin inkişafına kömək edəcək və iqtisadi inkişafa təkan verəcək.
“Yaponiya kosmik sənaye sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır. İki ölkənin bu sahədə əməkdaşlığı bir sıra sosial problemləri həll etməyə imkan verəcək”, - deyə o bildirib.
Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe vurğulayıb ki, Azərbaycanın davamlı və hərtərəfli inkişafı üçün insan resurslarından istifadə etmək məqsədəuyğundur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət