Milli Məclisin Sosial siyasət komitəısinin çərşənbə günü keçirilən iclasında Azərbaycanda 3 milyon nəfəri əhatə edəcək“Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin müzakirəsi aparılıb.
Sosial siyasət üzrə parlament komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, qanun layihəsi bir neçə həftə bundan əvvəl birinci oxunuşda qəbul edilib, qanun layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra ciddi təkliflər irəli sürüblər və bu təkliflər sənədin təkmilləşdirilməsi üçün nəzərə alınacaq.
“Bu qanun layihəsi dövlət başçısının tövsiyəsi ilə baxılmaq üçün Milli Məclisə göndərilib. “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin icrası ciddi maliyyə xərcləri tələb edir, lakin buna baxmayaraq, ölkə rəhbəri İlham Əliyev bu qanunun işləməsini istəyir.Yetişməkdə olan nəslin sağlamlığının təmin edilməsi üçün dövlətimiz lazım olan qədər büdcə vəsaiti ayırmağa hazırdır”,- deyə o qeyd edib.
Deputat Əhliman Əmiraslanov bildirib ki, bu qanun layihəsinin reallaşdırılması üçün əsas məsuliyyət icra hakimiyyəti orqanlarının və Səhiyyə Nazirliyinin üzərinə düşür.
“Əminəm, ki, Səhiyyə Nazirliyi ciddi hazırlıq tədbirləri görəcək, çünki söhbət 3 milyona yaxın uşağın sağlamlığından gedir. “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin icrası ciddi maliyyə xərcləri tələb edir, o cümlədən bu uşaqların müəyyən faizi dispanserizasiyadan keçənlərdir”,- deyə o qedy edib.
Bununla belə, o qedy edib ki, qanunun səmərəli tətbiqi və düzgün dispanserizasiya siyasəti həm uşaqların sağlamlığının daha səmərəli təmininə, həm də maliyyə vəsaitinə qənaət edilməsinə səbəb olar.
“Dispanserizasiya siyasətini düzgün qursaq bir çox patalogiyaları ilkin mərhələdə müəyyən edə, ağır xəstəliklərin qarşısını ala biləcəyik.Bildiyiniz kimi xəstəliyin profilaktikası onun müalicəsindən daha ucuz başa gəlir”,- deyə o əlavə edib.
“Bununla yanaşı, bəzi mentolitet xüsusiyyətləri müəyyən problemlər yaradır.Adətən valideynlər hesab edirlər ki, əgər uşaq özünü yaxşı hiss edirsə, onlara peyvənd etmək lazım deyil.Əgər uşağın heç bir yeri ağrımırsa onlara rentgendən, USM müayinəsindən keçirmək gərəksizdir, bu şüalanmaya səbəb olar.Buna görə də əhali arasında marifləndirmə işini düzgün qurmaq lazımdır”,- deyə o qeyd edib.
Milli Məclisin Sosial şöbəsinin başçısı Adil Namazov söyləyib ki, sözügedən layihənin qəbul edilməsi ilə əlaqədar Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik ediləcək.
Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bütün ölkə ərazisində, o cümlədən uzaq kəndlərdə uşaqların dispanserizasiya prosesinin düzgün təşkilinin vacibliyini vurğulayıb.
“Rayon mərkəzi xəstəxanalarını ixtisaslaşdırılmış xüsusi maşınlarla təmin etmək lazımdır.Axı hər bir valideynin uşağını mərkəzi klinikaya, tibbi müayinədən keçirməyə gətirmək imkanı yoxdur”,- deyə o bildirib.
Onun sözlərinə görə, Maliyyə və Səhiyyə nazirlikləri də bu layihə ilə bağlı öz mövqelərini bildirməlidirlər.
“Maliyyə Nazirliyi müəyyən etməlidir ki, bir uşağın müayinəsinə nə qədər vəsait ayrılacaq, eləcə də əməliyyat olunan uşaqların müalicə xərcləri nə qədər olmalıdır.Hər iki nazirlik bu qanunun kağız üzərində qalmaması, işləməsi üçün nə qədər vəsait lazım olmasına dair qiymətləndirmə aparmalıdırlar”,- deyə M.Quliyev bildirib.
Komitənin iclasının yekunlarına əsasən, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisə tövsiyə olunub.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət