Fransa Milli Assmbleyasının binasında iki gənc azərbaycanlıya hücum edənlər birmənalı olaraq məsuliyyətə cəlb edilməlidirlər.XİN mətbuat katibi Elman Abdullayev belə bəyan edib.
“Biri qadın olan iki azərbaycanlının qəddarlıqla döyülməsi erməni diasporunun nə qədər aqressiv olduğunu və aqressiv metodlardan istifadə etdiyini göstəri”,- deyə o bildirib.
Onun sözlərinə görə erməni radikallarının bu cinayəti Fransa Konstitusiyası və qanunlarına zərbədir.
“Biz hesab edirik ki, ölkə qanunlarına edilən bu hörmətsizlik cəzasız qalmamalıdır”,- deyə diplomat vurğulayıb.
Xəbər verildiyi kimi, fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşenbloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.
Qeyd edək ki, fevralın 26-da Fransadakı erməni diasporunun təşkilatçılığı və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olub və iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər.
Komitədən bildirilib ki, komitə bir neçə gün öncə Türkiyədə Xocalı soyqırımı ilə bağlı quraşdırılan stendlərin naməlum qrup tərəfindən dağıdıldığını xatırladıb: “Bütün bunlar erməni lobbisi və diasporunun Azərbaycan diaspor təşkilatlarının fəallaşmasından ciddi narahatlıq keçirdiyini bir daha təsdiqləyir. Dövlət Komitəsinə daxil olmuş məlumatların təhlili göstərir ki, bu cür insidentlərin gələcəkdə də baş verməsi mümkündür. Lakin belə təşəbbüslər Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əngəlləyə və Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkindirə bilməz”!,- deyəkomitənin məlumatında bildirilir
Baş verənlərlə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi Fransa XİN-ə etiraz notası təqdim edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət