“AtaBank” 2013-cü ildə üç filial açmağı planlaşdırır. Bu barədə bankın İdraə Heyətinin sədr müavini Etibar Babaşlı mətbuat konfransında məlumat verib.
“Biz 2013-cü ildə 3 filial açmağı planlaşdırırıq. Bunlardan ikisi – Bakıda, daha biri – regionda açılacaq”, - deyə E.Babaşlı bildirib.
Onun sözlərinə görə, “AtaBank” 2013-cü ildə pos-terminal və bankomatların şəbəkəsini genişləndirməyi planlaşdırır. “Cari ilin mart ayının əvvəlinə şəbəkəmizə 9,3 min pos-terminal, həmçinin 2,3 min – regionlarda, o cümlədən 72 bankomat daxildir. 2013-cü ilin sonuna kimi pos-terminalların sayı 10 min, bankomatların 80-dək artacaq”, - deyə o qeyd edib.
E.Babaşlı əlavə edib ki, 2013-cü ilin ikinci yarısında “AtaBank” Bakının mərkəzində ilk elktron şöbə açmağı planlaşdırır. “Onun vasitəsilə müştərilər əsas bank əməliyyatları həyata keçirə biləcəklər. Xüsusilə, bu elektron şöbədə pay-point, məlumat kiosku, bankomat və valyuta mübadilə üzrə əməliyyatların aparılması üçün exchange-maşın quraşdırılacaq”, - deyə o vurğulayıb.
İdraə Heyətinin sədr müavini qeyd edib ki, “AtaBank” “AtaMatik” səyyar bankomatların sayını artırmağı planlaşdırır. “Bu gün bu cür bankomatlar müştərilərə xidmət üçün Şəmkir və Gədəbəy rayonlarında istifadə olunur. Martın sonunda daha bir “AtaMatik” bankomatı Bakıda fəaliyyət göstərəcək”, - deyə E.Babaşlı əlavə edib.
Öncə xəbər verildiyi kimi, hazırda “AtaBank”-ın 24 filialı fəaliyyət göstərir. Bunlardan 12-si Bakıdadır.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding” investisiya strukturuna daxildir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət