2012-ci ildən 2013-cü il martın 1-nə qədər Azərbaycanda İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10,5 mln. manatdan artıq məbləğində ödəniş ediblər. Bu barədə Büronun məlumatında bildirilir.
“2013-cü il martın 1-nə olan vəziyyətə əsasən, sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6 936 sığorta tələbi qeydə alınıb. Onlardan 6 741 hadisə üzrə ödəniş həyata keçirilib, 36 tələbə rədd cavabı verilib, 159 hadisə üzrə isə sənədlər araşdırılma mərhələsindədir”,- deyə Büronun məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, Büro üzvləri 2012-ci ildə nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 6,83 mln. manat məbləğində ödəniş həyata keçiriblər.
Xəbər verildiyi kimi, 2011-ci il 16 dekabr tarixindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tariflərlə satışına başlanılıb.
Qanun şərçivəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sisteminin tətbiqinə başlanılıb. 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərikinin həcmi 1500 kub. santimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artıqca 1,5-5 əmsalları tətbiq olunacaq. Mühərrikinin həcmi 5 min kub. santimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunacaq, yəni sığorta tarifi 250 manat təşkil edəcək. Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə 3 əmsalı, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir
Qanuna əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka vurulmuş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan ziyana görə ödənilən bir nəfərə görə - 5 min manat, bir sığorta hadisəsinə görə ümumi limit - 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin məbləği 55 min manat təşkil edə bilər.
İSB “İcbari sığorta növləri haqqında” qanunun tətbiqi çərçivəsində yaradılıb. 11 sığorta şirkəti büronun üzvüdür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət