ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana və Ermənistana növbəti səfəri gələn həftə baş tutacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə diplomatik dairələrdəki mənbə məlumat verib.
"Azərbaycan rəhbərliyi ilə Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etmək üçün vasitəçilərin 11-12 mart tarixlərində Bakıya səfəri gözlənilir", - deyə agentliyin müsahibi bildirib.
Bir gün əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və İan Kelli (ABŞ) martın 2-si və 3-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirdikləri görüşlərin yekunları ilə bağlı bəyanat yayıblar.
ATƏT-in rəsmi saytında dərc olunmuş bəyanatda deyilir ki, həmsədrlər görüşlərdə Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən və son vaxtlar təmas xəttində müşahidə olunan gərginlikdən narahatlıqlarını ifadə ediblər. Onlar, həmçinin yaxın vaxtlarda regiona səfər edərək, Azərbaycan və Ermənistan prezidentləri ilə münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair növbəti addımları müzakirə etmək niyyətində olduqlarını bildiriblər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət