Milli Məclisin bu gün keçirilən iclasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
“Bu düzəlişlər Azərbaycana gələn əcnəbilərin qeydiyyat prosesinin sadələşdirilməsinə yönəldilib”,- deyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə,hazırda əcnəbi vətəndaşlar Azərbaycana gələrkən qeydiyyat prosedurları ilə özləri məşğul olurdular, düzəlişlərə əsasən qanunvericilik onları bu öhdəlikdən azad edəcək.
“Qanunvericiliyə ediləcək düzəlişlərə əsasən, bundan sonra əcnəbilərin qeydiyyat məsələləri ilə əcnəbi vətəndaşın harada – mehmanxana, kirayə evdə və.s. qalmasından asılı olmayaraq dəvət edən tərəf məşğul olacaq”,- deyə Ə.Hüseynli bildirib.
“Bu proses miqrasiya xidməti və müvafiq dövlət strukturları arasında aparılacaq.Beləliklə,biz bu proseduru sadələşdirəcək və əcnəbi vətəndaşı ona aydın olmayan məsələlərlə məşğul olmaqdan azad etmiş olacağıq”,- deyən komitə sədri əlavə edib ki, bu təşəbbüs Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.
Belə ki, layihədə nəzərdə tutulur ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi ("qəbul edən tərəf") 3 iş günü ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində məlumat verir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar: Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində məlumat verir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
Ölkəyə viza əsasında gələnlər vizada göstərilən qalma müddətinə, vizasız rejimlə gələnlər isə 90 gün müddətinə qeydiyyatdan keçirlər.Əvvəllər Azərbaycana vizasız gələn vətəndaşlar üçün qedyiyyat müddəti 30 gün nəzərdə tutulurdu.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət