Faiq Fərmanov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru təyin olunub. Bu barədə nazirliyin saytında məlumat verilir.
Əvvəllər F.Fərmanov “Intrans” şirkətinin baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi yaxın 2 ay ərzində fəaliyyətə başlayacaq.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev martın 5-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnaməni təsdiq edib.
Əsasnaməyə görə, Mərkəz kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və onlara metodiki kömək göstərilməsi ilə məşğul olacaq.
Elektron Təhlükəsizlik Mərkəzinin vəzifələrinə ölkədə kibertəhlükəsizlik sahəsində vəziyyətin analiz edilməsi, ölkə ərazisinə qanunsuz televiziya və radio yayımlarının, eləcə də mövcud televiziya və radio yayımlarına, peyk sistemlərinin fəaliyyətinə maneə törədən siqnalların müəyyən olunması ilə bağlı daxil olan müraciətləri araşdırılması və müvafiq tədbirlər görülməsi daxildir. Bundan başqa, Mərkəz ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə nazirliklə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirəcək və ona hesabat verəcək.
Mərkəz, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq struktur bölmələri ilə birlikdə informasiya sistemlərinin auditini həyata keçirəcək.
Mərkəzin direktoru və onun müavini rabitə və informasiya texnologiyaları naziri tərəfindən təyin ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət