Azərbaycan, Rusiya və Türkiyə arasında dostluq münasibətləri mövcuddur, bu isə vətəndaş cəmiyyəti səviyyəsində əməkdaşlığa müsbət təsir göstərəcək. Bu barədə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bəyan edib.
“Biz sonrakı qarşılıqlı əalqəni nizamlayacaq əlaqələndirici şura yaratmalıyıq”, - deyə A.Quliyev bazr ertəsi Bakıda keçirilən Azərbaycan, Rusiya və Türkiyə Qeyri-Hökumət Təşkilatlarınım əməkdaşlıq forumu zamanı bildirib.
Rusiya Federasiyası İctimai Palata katibinin birinci müavini Mixail Ostrovski öz növbəsində qeyd edib ki, “Rusiya və Türkiyənin qarşılıqlı əlaqələrinin imkanları həm dövlət, həm də ictimai səviyyədə kifayət qədər qiymətləndirilmir”. “Biz bir çox məsələlərdə regional liderik. Biz dirgə hərəkət edirik, Avropa meydançalarında çox mühüm məsələləri həll etməyə müvəffəq oluruq”, - deyə M.Ostrovski qeyd edib.
O həmçinin vurğulayıb ki, Azərbaycan, Rusiya və Türkiyə vətəndaş cəmiyyəti institutlarının üçtərəfli əməkdaşlıq formatı Rusiya-Türkiyə münasibtlərini zənginləşdirir, çünki ölkələrimiz arasında bir çox ümumi maraqlar mövcuddur.
“Düşünürəm ki, üçlükdə biz daha artıq nəticələr əldə edə bilərik. Biz birgə fəaliyyət göstərə biləcək səmərəli gündəlik hazırlaya bilərik”, - deyə M.Ostrovski bəyan edib.
Türkiyə Eko-Avrasiya Sivil Toplum Quruluşunun sədri İsmayıl Safi çoxtərəfli münasibətlərin dərinləşməsi və inteqrasiyası, o cümlədən üç ölkənin vətəndaş cəmiyyətləri arasında münasibətlərin möhkəmlənməsi üçün mövcud potensialdan istifadənin zəruri olduğunu qeyd edib.
Rusiya Federasiyası İctimai Palatanın üzvü Fatimə Albakova qeyd edib ki, regionun yeni əməkdaşlıq formatlarına, siyasi, iqtisadi, humanitar, ictimai və digər sahələrdə çoxtərəfli münasibətlərin dərinləşməsinə ehtiyacı var.
“Bu cür əməkdaşlığın yaradılmasında vətəndaş cəmiyyəti və vətəndaş institutlarının üzərinə böyük məsuliyyət düşür”, - deyə o bildirib.
Rusiya Federasiyası İctimai Palatanın digər üzvü Serqey Markarov Azərbaycan, Rusiya və Türkiyə nümayəndələri arasında Moskvada növbəti görüşün keçirilməsini və vətəndaş institutlarının fəaliyyətinin işçi əlaqələndirici qrupunun yaradılması, o cümlədən üç ölkə arasında təcrübə mübadiləsini təklif edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət