Azərbaycanın hərtərəfli və dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunuin yüksəılməsi son 10 ildə Prezident İlham Əliyevə xalqın dəstəyini təmin etmiş oldu. Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyev belə söyləyib.
“Buna görə də xalqımız cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursu birmənalı olaraq dəstəkləyir və bu siyasi xəttin gələcəkdə davam etdilirməsini istəyir, xalq bu gün ölkədə ona alternativ görmür”,- deyə R.Mehdiyev cümə günü “Azərtac” agentliyinə verdiyi müsahibəsində Prezident Administrasiyasının payızda keçiriləcək prezident seçkilərindən nə gözlədiyi barədə sualı cavablandırarkən bildirib
R.Mehdiyevin sözlərinə görə, son 20 ilin təcrübəsi göstərir ki, “Azərbaycan vətəndaşları öz intellekti, böyük dövlət xadinminə məxsus bacarıqlara və idarəetmədə novatorluğa malik, müasir beynəlxalq siyasətin bütün xırdalıqlarına yaxşı bələd olan liderin ətrafında birləşir”. “Prezident İlham Əliyev milli liderə məxsus bütün keyfiyyətlərə sahibdir.Bir daha qeyd etmək istəyirəm ki, İlham Əliyevin rəhbərliyi altında ölkəmizin möhtəşəm nailiyyətləri, onun xalq arasında aparılan sorğuların nəticəsinə əsasən 87-93 faiz təşkil edən yüksək reytinqi , beynəlxalq nüfuzu, öz sıralarında 600 mindən çox vətəndaşı birlədirən və ölkənin ən nüfuzlu, böyük təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsini nəzərə alsaq payızda keçiriləcək prezident seçkilərinin nəticələrini təsəvvür eləmək çətin olmaz – seçicilərin böyük əksəriyyəti Prezident İlham Əliyevə səs verəcək”,- deyə o bildirib.
Bununla yanaşı, R.Mehdiyev qeyd edib ki, Prezident Administrasiyası təşkilati nöqteyi -nəzərdən Mərkəzi Seçki Komissiyası ilə birgə seçkilərə hazırlaşır, seçki təcrübəsinin təkmilləşdirilməsi , demiokratik, azad və ədalətlin seçkilərin keçirilməsi istiqamətində iş aparır.
“Ötən illərdə olduğu kimi, biz yenədə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirəcəyik.ATƏT, Avropa Şurası, İƏT, MDB, GUAM və digər beynəlxalq təşkilatlarla, eləcə də ikitərəfli əlaqələr saxladığımız ölkələr, onların seçki institutları ilə əməkdaşlıq edəcəyik”,- deyə Prezident Administrasiyasının rəhbəri əlavə edib.
“Hesab edirik ki , biz xarici tərfədaşlarımızla seçkilərin təşkilinə və seçki prosedurlarının şəffaflığının təmin edilməsi yönəlmiş məhsuldar və faydalı iş aparacağıq.Lakin, hər bir halda son sözü Azərbaycan vətəndaşları deyəcəklər, kimin nə düşünməsindən asılı olmayaraq hər şeyi seçicilərin səsləri həll edəcək”,-deyə R.Mehdiyev vurğulayıb.
Azərbaycanda prezident seçkiləri bu ilin oktyabr ayında keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət