Azərbaycanda Amerika Ticarət Palatasının (“AMCHAM Azerbaijan”) Prezident İlham Əliyevin yanında Biznes Şuranın yaradılmasını təklif edir. Bu barədə Palatanın icraçı direktoru Nərgiz Nəsrullayeva “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.
“İnanırıq ki, bu ölkə iqtisadiyyatının inkişafına çox yardım edəcək. Bizim müəyyən konsepsiyamız mövcuddur, lakin onu işləyib hazırlamağa hazırıq. Biznes Şurasının yaradılmasında əsas məqsəd dünya miqyasında rəqabətə davamlı bazar iqtisadiyyatının yaradılmasına dair dövlət başçısının təşəbbüsünü dəstəkləməkdir. “AMCHAM Azerbaijan” Şurada qabaqcıl mövqelərə sahib olmağı planlaşdırmır. Şura üzvlərinin mütəmadi olaraq dövlət başçısı ilə görüşüb ona özəl sektorda vəziyyət barədə birbaşa məlumat vermələri çox vacibdir”, - deyə N.Nəsrullayeva qeyd edib.
“Sizə məlumdur ki, hazırda Azərbaycanda informasiya axını “özəl sektor–dövlət sektoru” xətti ilə həyata keçirilmir. Özəl sektor məlumatı donor cəmiyyətinə, onlar isə, öz növbəsində dövlətə təqdim edir. Məlumat üçüncü tərəf vasitəsilə ötürülməməlidir. “Özəl sektor–dövlət sektoru” xəttinin uğurla tətbiq edildiyi nümunələr var – Türkiyə, Qazaxıstan, Rusiya və s. ölkələr”, - deyə icraçı direktor bildirib.
N.Nəsrullayeva ümid edir ki, Şuraya ən çoxu 50 şirkətin daxil olacaq. “AMCHAM Azerbaijan” katiblik funksiyalarını icra etməyi təklif edib. Şura üzvlərinin ildə iki dəfə dövlət başçısı ilə görüşməyini təklif edirik. Strukturun sədrinin iki müavini iş planın icrası məqsədilə rüblük iclaslar keçirəcəklər. Bununla yanaşı, Şura üzvlərinin yarıdan çoxunun iştirakı zamanı iclaslar həqiqi hesab ediləcək. Bütün iclaslar KİV nümayəndələrinin iştirakı olmadan bağlı qapılar arxasında keçiriləcək”, – deyə o izah edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/569146 saytında tanış olamq mümkündür.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət