Beynəlxalq ictimaiyyət səylərini terrorçuluğun səbəblərinə qarşı mübarizəyə yönəltməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov belə hesab edir.
“Din altında pərdələnmiş ekstremizm və terrorçuluq cəmiyyət üçün təhlükə daşıyır. Zorakılıq ekstremizmi terrorçuluğa çevirisrə, bu çox təhlükəlidir”, - deyə E.İskəndərov bazar ertəsi Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dövlət insanların terror şəbəkələrinə cəlb edilmənin qarşısını almaq məqsədilə vətəndaşların fəaliyyəti üçün əlverişli şərait yaratmalıdır. “İnsanların terrorçuluğa cəlb olunmasını azaltmaq üçün hüquqi əsas hazırlamaq və əahlinin təhsil səvviyyəsini artırmaq lazımdır. Bu isə, öz növbəsində, insanların sosial fəallığını gücləndirəcək. Çünki, ekstremizm və terrorçuluq təhsil səviyyəsi aşağı olan ölkələrdə inkişaf edir”, - deyə E.İskəndərov qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin fikrincə, dini maarifləndirmə və beynəlxalq əməkdaşlıq terrorçuluğa qarşı mübarizədə vacib şərtlərdir. “Terrorçu qruplar insan qruplarını təcridn etməyə, onların cəmiyyətə inteqrasiyasının qarşısını almağa cəhd edirlər. Maarifləndirməni elə həyata keçirmək lazımdır ki, dinə xidmət edən şəxslər ictimai həyatda fəal iştirak etdinlər, reallıqla birgə yaşasınlar. Azərbaycan bu istiqamətdə ölkədə yoxsulluğun səviyyəsini azaltmaq üzrə fəal tədbirlər görür. Çünki ən çox cəmiyyət yoxsul təbəqləri terrorçuluq fəaliyyətinə cəlb olunurlar”, - deyə o bildirib.
“Tarix boyu Azərbaycan Avropa dəyərlərinin daşıyıcısı, eyni zamanda islam dyərlərinin tərəfdarı kimi çıxış edib. İslam sivilizasiyasının daşıyıcısı kimi Azərbaycan ölkəsinə müasirlik və ilk Avropa ənənələrini daxil edib”, - deyə Komitənin sədri vurğulayıb.
O, həmçinin, Azərbaycanın müasir dövlət kimi təbliğatında Heydər Əliyev Fondunun fəal rolunu qeyd edib. Onun sözlərinə görə, Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının yardımı ilə Dini Tolerantlıq Mərkəzinin yaradılması planlaşdırılır. Həmin Mərkəz ekstremizm və terrorçuluğa qarşı mübarizəyə öz töhfəsini verəcək.
E.İskəndərov qeyd edib ki, Ermənistanın Azərbaycan qarşı təcavüzkar siyasəti terrorçuluq təhlükəsinin mənbəyidir. “Ermənistanın yürütdüyü siyasət, beynəlxalq təşkilatların bütün qərarlarına baxmayaraq, Azərbaycanda etnik və dini tolerantlıq vəziyyətinə mənfi təsir göstərə bilər. Bu konfrans Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müəyyən töhfə verə bilər”, - deyə E.İskəndərov qeyd edib.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət