Gələn həftə Vyanada ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bazar ertəsi Bakıya səfəri zamanı bəyan edib.
Rusiyali diplomat, həmçinin xatırladıb ki, münaqişə regionuna səfər çərçivəsində həmsədrlər təxminən 10 gün öncə İrəvanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüblər. “Biz Dağlıq Qarabağda da olduq. Sabah ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə məsləhətləşmələrimiz gözlənilir”, - deyə o qeyd edib.
İ.Popovun sözlərinə görə, Bakıda olduğu müddətdə həmsədrlər Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcəklər. Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesinin gedişi müzakirə olunacaq.
“Çərşənbə günü biz Azərbaycan tərəfinin nümayəndələri ilə görüşəcəyik. Danışıqlar prosesi, xüsusilə Parisdə keçirilən görüş və əlaqələr müzakirə ediləcək. Tərəflər üçün maraq kəsb edəcək digər məsələlərin də müzakirəsi mümkündür. Səfərin yekunları üzrə həmsədrlərin müvafiq bəyanatı dərc olunacaq”, - deyə diplomat vurğulayıb.
ABŞ-ın Minsk Qrupunda həmsədr vəzifəsini müvəqqəti icra edən Yan Kelli öz növbəsində qeyd edib ki, bu, onun regiona ilk səfəridir. Onun sözlərinə görə, Bakıya səfər zamanı həmsədrlərin Azərbaycan tərəfinin nümayəndələri ilə görüşləri keçiriləcək. Y.Kelli, həmçinin vurğulayıb ki, yaxın aylarda ABŞ-ın Minsk qrupunda yeni həmsədrinin adı müəyyən ediləcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət