Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) metal kəsən dəzgahlar və onlar üçün texnoloji avadanlıqların istehsalı ilə məşğul olan "Bakı dəzgahqayırma" SC-nin səhmlərinin 99,7%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-nın məlumatında deyilir.
SC-nin 890,3 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfrindən hazırlanmış investisiya proqramı müasir tələblərə cavab verən metal kəsən dəzgahların istehsalına yönəldilməlidir. Bununla əlaqədar proqramda müasir texnologiyaların tətbiqi; məhsul çeşidinin artırılması; yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yaxşılaşdırılmasına dair təkliflər nəzərdə tutulmalıdır. Bundan başqa, proqrama bu məqsədlər üçün qoyulacaq investisiyaların həcmi və müddəti daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 600 min manat köçürməlidir.
Səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində nəzərdə tutulmuş səhmlərə görə vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflərin qəbulu 2013-cü il mayın 6-na qədər aparılacaq. Təkliflərin qiymətləndirilməsi mayın 8-də keçiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK bu müəssisənin səhmlərinin 99,7%-ni 2011-ci ilin aprelində və 2012-ci ilin mayında investisiya müsabiqəsinə çıxarıb. Lakin müəssisənin səhmlərinə alıcı tapılmayıb.
"Bakı dəzgahqayırma" SC Bakı şəhərində yerləşir. Müəssisə 1982-ci ildə istifadəyə verilib. SC-də 40 nəfər çalışır.
2013-cü il martın 1-nə SC-nin öhdəlikləri 56,341 min manat təşkil edib. Debitor borcları 23,250 min manata bərabərdir.
Müəssisənin nizamnamə kapitalı 2013-cü il martın 1-nə 1 mln. 785,976 min manat təşkil edib və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət