Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri istehsal edilən hərbi təyinatlı məhsulların çeşidlərini genişləndirir. Müdafiə sənayesi naziri Yavər Camalovun çərşənbə günü “Respublika” qəzetində dərc edilmiş məqaləsində belə deyilir.
Nazir bu yaxınlarda istehsalına başlanmış yeni məhsullar arasında yaylım atəşli reaktiv sistemi, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kolimator nişangahını, top kolimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini və s. qeyd edib. “Müasir tökmə prosesi ilə həyata keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğurla sınaqdan keçirilib və istehsalına başlanılıb”,- deyə Y.Camalov qeyd edib.
Nazirin sözlərinə görə, müxtəlif kalibrli artilleriya minalarının, artilleriya mərmiləri üçün müxtəlif növ partlayıcıların, zirehli avtomobillər üçün döyüş modullarının, atıcı silahların və s.istehsalı nazirliyin yeni layihələri arasındadır.
“Bu gün “Matador” və “Marauder” tipli zirehli maşınların istehsalı, onların silahlanması tam mənimsənilib və kütləvi istehsalına başlanılıb. Müasir pilotsuz uçuş aparatlarının istehsalı təmin edilib. Eyni zamanda AK-74M tipli avtomat silahların istehsalı uğurla həyata keçirilir”,- deyə Y.Camalov qeyd edib.
Nazir əlavə edib ki, onun rəhbərlik etdiyi nazirlik dünyanın inkişaf etmiş ölkələrinin 60-dan çox şirkət və firması ilə aviasiya, naviqasiya, cihazqayırma və s.sahələr üzrə sıx əməkdaşlıq edir.
“Azərbaycan beynəlxalq silah sərgilərində öz iştirakını da genişləndirir. Əgər Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilk dəfə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunurdusa, ötən ilin noyabr ayında qatıldığı sərgidə 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını və s. qeyd etmək olar”, - deyə məqalədə bildirilir. Nazir qeyd edib ki, nazirliyin zavodlarında istehsalına yeni başlanılan pilotsuz uçuş aparataları, gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə, AKM və AK 74 tipli avtomatlar üçün şəffaf patron daraqları, eləcə də fərdi əleyhqazlar ötən ilki sərgidə ilk dəfə nümayiş etdirilib.
“Bununla yanaşı, sərgidə respublikada istehsal olunan döyüş sursatları, pilotsuz uçuş aparatı, 12,7 və 14,5 millimetrlik “İstiqlal” snayper tüfəngləri xüsusi maraqla qarşılanıb”,- deyəY.Camalov bildirib.
Nazirin sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi may ayında Türkiyədə növbəti - respublika üçün artıq doqquzuncu sərgidə iştirak edəcək. Sərgidə 130 adda Azərbaycan məhsulu təqdim ediləcək.
“Ümumilikdə nazirliyin müəssisələrində istehsal edilən məhsul çeşidlərinin sayı 700-ə çatır”, - deyə nazir əlavə edib. Onun sözlərinə görə, 2013-cü ilin birinci rübü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə çox məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib.
Bundan başqa, nazir bildirib ki, nazirliyin müəssisələrində mülki təyinatlı məhsulların, o cümlədən kənd təsərrüfatı texnikası, gəmi, neft-qaz sənayesi avadanlıqları üçün ehtiyat hissələrin, ov tüfənglərinin istehsalının əsası qoyulub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət