“İnterfaks-Azərbaycan” agentliyinin Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FİDE) Kirsan İlümjinovla müsahibəsi
- Azərbaycan 2015 və 2016-cı illərdə şahmat üzrə Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməyə hazırlaşır. FİDE çərçivəsində bu tədbirlərin keçirilməsinə hazırlıq necə gedir?
-Bir gün əvvəl biz Azərbaycanın baş nazirinin birinci müavini və Olimpiadanın Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovun rəhbərliyi ilə Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin birinci iclasını keçirdik. İclasda 2015-ci ildə Dünya Kuboku və əlbəttə ki, 2016-cı ildə Şahmat Olimpiadasının keçirilməsi məsələləri müzakirə edilib. Biz iştirak edəcək ölkələrin və şahmatçıların sayına görə bunun yəqin ki, ən böyük beynəlxalq şahmat tədbiri olacağını gözləyirik.
Yəqin ki, olimpiadaya dünyanın 182-dən çox ölkəsindən 2,5 mindən artıq şahmatçı gələcək. İdman tədbirlərində iştirakçı ölkələrin təmsil olunmasına görə FİDE bu gün Yay Olimpiya Oyunlarından sonra ikinci yeri tutur. Belə ki, inişil İstanbulda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında 168 ölkə iştirak edib. Buna görə Bakıda iki həftə ərzində kifayət qədər mötəbər forum keçiriləcək. Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi vaxt burada FİDE Baş Assambleyasının nümayəndələri işləyəcəklər və vacib qərarlar qəbul ediləcək.
İlham Heydər oğlu Əliyev ötən il şahmat sarayının inşası üçün yer ayırıb. Tezliklə bizim mütəxəssislərimiz Bakıya gələcəklər, onlar sizin memarlarla birgə binanın layihəsini təklif edəcəklər. Və biz onu inşa edəcəyik. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakını daha bir gözəl bina - Şahmat sarayı bəzəyəcək. Sarayda Beynəlxalq Şahmat Akademiyasının filialı, uşaq şahmat məktəbi və muzey yerləşəcək. Mən hesab edirəm ki, bina 2015-ci ilə qədər hazır olacaq və burada öncə Dünya Kuboku, sonra Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.
-Belə böyük beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakını seçməyiniz nə ilə əlaqədardır?
-Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək istəyən ölkə olimpiada keçirilməzdən 6 ay qabaq ərizə ilə müraciət edir. Cəsarətlə demək olar ki, Azərbaycan Şahmat Federasiyası son dövrlərdə ən dinamik inkişaf edən federasiyalardan biridir. Ölkədə şahmatın inkişafı üçün çox işlər görülür. Və İlham Heydər oğlu Əliyev şahmatın inkişafı haqqında Dövlət Proqramını imzalayan yeganə prezident, ölkə rəhbəridir. Dövlət Proqramı 2009-cu ildə qəbul edilib və bu proqrama əsasən, Azərbaycan məktəblərində fakultativ və daimi əsaslarla şahmat dərsləri tədris olunur. Bir çox şəhərlərdə və rayon mərkəzlərində yeni şahmat klubları açılır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda şahmat üzrə Qran-pri turniri keçirilib. Bütün yuxarıda deyilənlər nəzərə alınaraq ərizəyə baxıldı və Azərbaycan qələbə çaldı. Sentyabr ayında Türkiyədə FİDE-nin Baş Assambleyasında 177 ölkənin hamısı Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinə səs verdi.
-Siz bu günlərdə Ermənistanda səfərdə olmusunuz. Səfər zamanı erməni şahmatçıların Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadasında iştirakı məsələsi müzakirə olunubmu?
-Bəli, sırağagün mən Serj Sarqsyanın inauqurasiya mərasimində iştirak etdim. Biz bu cür məsələləri daim gündəmə gətiririk. Serj Azatoviç Sarqsyan eyni zamanda Ermənistan Milli Şahmat Federasiyasının prezidentidir. O, ikinci müddətə bu vəzifəyə seçilib. Biz bir neçə ay əvvəl Prezident Şurasının iclasını keçirdik, iclasda bu məsələ müzakirə edildi, mən Ermənistan Milli Yığma komandasının da bu beynəlxalq yarışlarda iştirak etməsi üçün Ermənistan Milli Şahmat Federasiyasının rəhbərliyinə müraciət etdim. Tədbir başa çatdıqdan sonra mətbuat konfransı keçirildi, jurnalistlər Bakıda ermənistanlı iştirakçıların təhlükəsizliyinin təmin edilib-edilməyəcəyinə dair sual verdilər. Mən bildirdim ki, FİDE-nin prezidenti olaraq zalda olan 30 jurnalistin iştirakını təmin etməyə, onların Olimpiadada olacaqları ilk gündən son günə qədər bütün xərcləri öz üzərimə götürməyə, eləcə də erməni nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verməyə hazıram. Zarafat bir yana, lakin digər tərəfdən, bu və ya digər böyük beynəlxalq tədbirə ev sahibliyi edən ölkə həm onun keçirilməsinə, həm də iştirakçıların təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir. Buna görə mənimlə Bakıya gəlmək arzusuna düşənlər çox oldu. Üstəlik, tədbirin keçirilməsinə hazırlıq üzrə VİP seksiya komissiyasına FİDE-nin fəxri vitse-prezidenti, akademik Vanik Surenoviç Zaxaryan da daxil edilib. Şahmat insanları birləşdirməlidir. Mən müxtəlif kəskin məqamlardan yan keçməyə çalışıram.
-Ermənistan prezidenti ilə danışıqlarda onun əhval-ruhiyyəsindən onların Bakıda keçiriləcək beynəlxalq şahmat turnirlərində iştiraka meylli olub-olmadıqlarını anlamaq olurdumu?
-Onlar bu barədə özləri qərar verməlidirlər. Bu mənim qərarım deyil. Bu gün FİDE dünyanın 178 ölkəsini birləşdirir və mən Beynəlxalq Federasiyanın prezidenti olaraq hamının iştirak etməsinə tərəfdaram. FİDE-nin hamiliyi altında keçirilən yarışlarda müxtəlif ölkələrin, o cümlədən İsrail və Fələstin nümayəndələri də iştirak edir və normal şəkildə bir-birləri ilə yarışırlar. Məsələn, bir neçə gün əvvəl Londonda şahmat üzrə dünya çempionu adı uğrunda iddiaçılar turniri keçirildi. Orada Vladimir Kramnik, Maqnus Karlsen, Ermənistandan Levon Aronyan, Azərbaycandan Teymur Rəcəbov və digər qrossmeystrlər iştirak edirdilər. Lyova və Teymur bir-biri ilə normal şəkildə iki partiya oynadılar. Mən son partiyada iştirak etdim.
Oyun başa çatdıqdan sonra onlar uzun müddət masa arxasında qalaraq kimi hansı gediş etdiyini müzakirə etdilər. Bu normaldır. Buna görə mən düşünürəm ki, şahmat da idman kimi insanları birləşdirməlidir. İlham Heydəroviç xalqların birliyi üçün çox iş görür və ümumiyyətlə dünya birliyində sağlam qüvvələrin birləşdirilməsi işində lokomotiv rolunu oynayır.
Bu yaxınlarda isə mən Suriyada oldum. Dəməşqdə Uşaq turniri keçirilirdi. Orada valideynlərin birinin altı yaşı olan iki balaca qızı turnirə gətirməsi məni sevindirdi. Hamıya məlumdur ki, bu gün Suriyada müharibə gedir. Qız səhər çağı yuxudan ayılıb və deyib: “ Atacan, bizdə turnir keçirilir”. Və valideynlər güllə səsləri altında onları turnirə gətirmişdilər. Uşaqlar şahmat oynamaq istəyirlər.
-Bəs bu gün Bakıda keçirilən MDBMİ məzunlarının I Dünya Formunun keçirilməsini necə qiymətləndirirsiniz?
- Mən MDBMİ-nin Qəyyumlar Şurasının üzvü olaraq İlham Əliyevə Forumda iştirak etmək üçün mənə göndərdiyi dəvətə görə minnətdaram. Biz birlikdə təhsil almışıq, mən hətta İlham Heydəroviçin seminarlarında iştirak etmişəm.Yəni mən MDBMİ-yə yeni daxil olmuşdum, o isə artıq aspirant idi və seminar məşğələlərini aparırdı.
Mən MDBMİ məzunlarının Beynəlxalq Forumunun keçirilməsi üzrə təşəbbüsü öz üzərinə götürdüyü üçün ona minnətdaram. Çünki MDBMİ özünəməxsus dünyəvi kastadır. Bu beynəlxalq ali məktəbin məzunları bu gün bir çox ölkələrdə xarici işlər naziri postunu tutublar, bu və ya digər dövlət struktur və idarələrinə rəhbərlik edirlər. Onları bir araya gətirmək əla olardı. Bu gün burada keçirilən I Forum bu cür tədbirlərin keçirilməsinin əsasını qoyacaq. Çünki belə forumlarda çox məsələləri həll etmək olar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət