2013-cü ilin birinci rübündə ümumi daxili məhsul 3,1% artıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı belə deyib.
“Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4% olub. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır”,- deyə o qeyd edib.
Prezidentin sözlərinə görə, əvvəlki dövrlərdə də, bu gün də Azərbaycanın iqtisadi inkişafını təhlil edənlər bu inkişafı neft-qaz amili ilə bağlayırlar. O etiraf edib ki, ilk illərdə - müstəqilliyimizin ən ağır dövründə, neft strategiyası ölkə iqtisadiyyatına böyük təkan verib və bu gün neft-qaz sektoru ölkə iqtisadiyyatında önəmli bir yer tutur. “Ancaq bizim əsas uğurlarımız iqtisadi islahatlar nəticəsində təmin edilib və bu il qeyri-neft sektorunun artması özlüyündə bir göstəricidir”,- deyə dövlət başçısı vurğulayıb.
“Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır”,- deyə o əlavə edib.
“Keçən ilin yekunları bu ilin inkişafına möhkəm zəmin yaradıb. Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, davam etdirilir. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir. Ancaq hesab edirəm ki, biz 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr görəcəyik. Ümid edirəm ki, 2013-cü il xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaq”, - deyə İ.Əliyev söyləyib.
“Bildiyiniz kimi, iqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş işlər nəticəsində demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı təbii ki, prioritet olmalıdır”,-deyən Prezident əlavə edib ki, “xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir”.
Dövlət başçısı hesabat dövründəki makroiqtisadi göstəriciləri xarakterizə edərək qeyd edib ki, inflyasiya cəmi 1,2% təşkil edir. Əhalinin pul gəlirləri isə təxminən 6% artıb. Kənd təsərrüfatında 4%-dən çox artım olub. Bu da çox gözəl göstəricidir. Valyuta ehtiyatları da artmaqdadır. Baxmayaraq ki, 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, maaşlar və pensiyaların məbləği artırılacaq və daim artırılır.
Prezidentin sözlərinə görə, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön sıralardadır.
İ.Əliyev Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramının bu ilin birinci rübündə uğurla başa çatdırılacağına əmin olduğunu bildirib.
“İslahatların davam etdirilməsi təbii ki, inkişafımızı gücləndirəcək”, - deyə Prezident qeyd edib.
O bildirib ki, Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı bir dövrdə Azərbaycanın reytinqi qalxır. Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir.
“Bu il ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda böyük uğurla keçirilib.
Forumda Azərbaycanın ünvanına səsləndirilən fikirlər çox müsbət idi. Bu fikirlər və bu qiymət deyə bilərəm ki, ən yüksək qiymətdir. Çünki biri var hansısa qondarma qeyri-hökumət təşkilatı yalançı bir reytinq düzəldir və istənilən halda siyasi sifarişlər əsasında ölkələrin elə bil ki, sıralamasını müəyyən edir. Biri də vardır ki, mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirir. Yəni, iqtisadi islahatlar bundan sonra da davam etdiriləcək. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulub. Hazırda ümumi daxili məhsulun 83%-i bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Dövlət inhisarında olan şirkətlər də tədricən beynəlxalq mühasibat və beynəlxalq idarəçilik prinsiplərinə keçir. Bu proses də gedir, daha da sürətlə getməlidir. Dövlət şirkətləri, yəni, strateji, ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərən dövlət şirkətləri də korporativ üsul-idarə ilə idarə edilməlidir və bir daha demək istəyirəm ki, bu istiqamətdə son illər ərzində böyük nailiyyətlər müşahidə olunur”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısının fikrincə, Azərbaycan iqtisadiyyatına investisiyalar $22 mlrd.-dan az olmayacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət