Azərbaycan və Qazaxıstanın ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük potensialı var. Bu barədə Aktau şəhərinin akimi Edil Janburşin çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda bəyan edib.
“2012-ci ilin yekunlarına əsasən, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı mal dövriyyəsinin həcmi $450 mln. təşkil edib, 2011-ci ildə bu göstərici $300 mln.-a bərabər olub. Lakin qarşılıqlı ticarətin həcminin artırılması və azərbaycanlı iş adamlarının Qazaxıstanda fəaliyyətinin genişləndirilməsi üçün resurslar var”,- deyə E.Janburşin bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan Qazaxıstana ixrac edilən malların əsas həcmini neft, maşınqayırma və kimya sənayesi məhsulları təşkil edir.
E.Janburşin, həmçinin bildirib ki, təkcə Aktau şəhərində təxminən 100 Azərbaycan müəssisəsi Qazaxıstan tərəfi ilə birgə fəaliyyət göstərir.
“Azərbaycan və Qazaxıstan şirkətləri neft-qaz, servis, ticarət, aqrar sahələrdə, sahil infrastrukturu və bərə nəqliyyatının inkişafı üzrə birgə layihələrin həyata keçirilməsində və TRASEKA layihəsi çərçivəsində fəal əməkdaşlıq edirlər”, - deyə o vurğulayıb.
E.Janburşin söyləyib ki, Qazaxıstan tərəfi Azərbaycan şirkətləri ilə enerji sahəsində, Qazaxıstanda logistika mərkəzlərinin açılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ekologiya, tullantıların emalı və xalq istehlakı mallarının istehsalı sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycanla Qazaxıstan arasında kifayət qədər möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur.
“Azərbycanda Qazaxıstan kapitalı ilə 30-dan çox şirkət fəaliyyət göstərir. Hər iki ölkənin iqtisadi potensialı ikitərəfli əməkdaşlığı dərinləşdirməyə imkan verir”,- deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, Azərbaycan Qazaxıstanla logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlığa maraq göstərir.
Onun sözlərinə görə, hazırda Azərbaycanın 150 ölkə ilə ticarət əlaqələri var. Bu ölkələr arasında Qazaxıstan, xüsusən də onun qərb regionu vacib strateji əhəmiyyət daşıyır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət