Azərbaycan Beynəlxalq Bankı (ABB) Microsoft Enterprise Agreement proqramı çərçivəsində Microsoft korporasiyası ilə uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu barədə bankdan məlumat verilib.
Müqavilənin şərtlərinə əsasən, Beynəlxalq Bank təşkilatda istifadə edilən bütün kompüterləri Microsoft platformasına keçirmək imkanı əldə edir.
Enterprise Agreement müqaviləsi Microsoft platformasını korporativ standart seçən 250 və daha çox kompüteri olan şirkətlər üçün nəzərdə tutulub.
Bu sənədin imzalanması ABB və Microsoft şirkəti arasında əməkdaşlıq üçün geniş perspektivlər açır, bank proseslərinin optimallaşdırılması və müasir texnologiyaların tətbiqinə imkan verir. Layihənin operatoru SoftlineInternational şirkətidir.
"Bu müqavilə üzərində bir neçə il birgə iş aparılıb. Bank rəhbərliyi tərəfindən müasir texnologiyaların tətbiqinə verilən xüsusi əhəmiyyət və Microsoft korporasiyasının proqram təminatının geniş çeşidi layihənin uğurla başa çatdırılmasında mühüm rol oynayır", - deyə məlumatda ABB-nin sədr müavini Qubad Hüseynovun sözlərindən sitat gətirilir.
"Bu müqavilənin imzalanması bankın İnformasiya Təhlükəsizliyi tələblərinə cavab verir, bu da ABB-yə İT infrastrukturunu standartlaşdırılmağa imkan yaradacaq və əməkdaşlığın inkişafı üçün perspektivlər açır. Ümidvarıq ki, Enterprise Agreements müqaviləsinin ölkənin maliyyə sektorunun belə əhəmiyyətli bir oyunçusu ilə imzalanması başqa banklar üçün nümunə olacaq", - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Rüfət Haciəlibəyov bəyan edib.
Enterprise Agreement müqaviləsi bir sıra üstünlüklərə malikdir. Bunlardan ən önəmlisi Microsoft proqram təminatına görə ödənişləri bir dəfəyə deyil, il ərzində bir neçə ödənişlə aparmağa imkan verir. Enterprise Agreement həmçinin Microsoft məhsullarının ən son versiyasını istifadə etməyə imkan verir (Software Assurance).
Enterprise Agreement müqaviləsinin qüvvədə olduğu vaxt ərzində şirkət qeyd edilən bütün kompüterlərdə lisenziyalı məhsullardan istifadə edə bilər və müqavilə müddəti ərzində yeni kompüterlər əlavə edə bilər.
Proqram təminatının satış dəyərinə tam nəzarət bir kompüter üçün nəzərdə tutulan lisenziyanın qiyməti müqavilənin qüvvədə olduğu vaxt ərzində sabit qalmasını təmin edir və Software Assurance opsiyasının əlavəsi yeni versiyaların çıxışı ilə mümkün qiymətlərin artımına qarşı sığortalayır.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. AMB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət