“AXA Mbask” Fransa-Azərbaycan sığorta şirkəti 2013-cü ilin əvvəlindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polisləri üzrə 500 min manata yaxın ödəniş edib. Bu barədə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, “AXA Mbask” üçüncü tərəfin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə növbəti ödənişi həyata keçirib.
“Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığortanın bu növü üzrə ödəniş həyata keçirilib. Qəza nəticəsində bir nəfər həlak olub, iki nəfər ağır xəsarət alıb. Şirkət tərəfindən 13 min manat məbləğində sığorta ödənişi zərərçəkmiş tərəfin qohumlarına verilib”, - deyə məlumatda qeyd olunur.
“2013-cü ilin əvvəlindən şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polisləri üzrə artıq 500 min manata yaxın ödəniş edilib”, - deyə məlumatda vurğulanır.
2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi tətbiq edilib. Xüsusilə, 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3, 16-dan artıq yerə görə əmsal 4 tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və sığorta haqlarının yığım həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Şirkətin nizamnamə kapitalı 6 mln. 730,840 min manata bərabərdir. Şirkətin səhmdarları AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros şirkətləri (51%) və Azərbaycan vətəndaşı Eldar Qəribovdur (49%).
2013-cü ilin birinci rübündə şirkətin sığorta haqqları 3 mln. 133,292 min manat, ödənişləri 1 mln. 843,160 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət