Suallara azərbaycanlı politoloq, Yaxın Şərq üzrə ekspert Moisey Bekker cavab verir.
Suriyadakı vətəndaş müharibəsi Yaxın Şərq regionuna necə təsir göstərə bilər?
- Hər kəsin bir-birindən asılı oldğuğu qloballaşma dövründə istənilən dəyişiklik, üstəlik Suriya kimi önəmli bir ölkədə baş verənlər təbii ki, bütün Yaxın Şərq regionuna təsir göstərəcək. Suriya münaqişəsi daha çox İraq və İran İslam Respublikasına təsir göstərə bilər. Məhz Suriyada sünnü və şiələr arasında açıq qarşıdurma baş verir. Tehranla çox sıx əlaqələr qurmamağın zərurliyi barədə Bəşər Əsədə dəfələrlə xəbərdarlıq edilib. Bununla belə, o, inadla açıq şəkildə bütün islam aləminin lideri olmağa çalışan, qonşu dövlətlərə qarşı ərazi iddiasında olan, Bəhreyn, Yəmən, Səudiyyə Ərəbistanı və digər region ölkələrində şiə icmalarını dəstəkləyən Ayətulla rejimi ilə müttəfiqlik etmək mövqedyindən əl çəkmədi. İranın nüvə proqramı da Yer kürəsinin karbohidrogenlərlə zəngin olan bu hissəsində öz hegemonluğunun yaradılmasına yönəldilib. Təbii ki, nə Səudiyyə Ərəbistanı, nə Qətər, nə Bəhreyn nə də Fars körfəzinin digər monarxiya quruluşlu dövlətləri böyük neft qaz ehtiyatları, hədsiz maliyyə resurslarına əsaslanan mövqelərinin zəifləməsinə yol verə bilməzlər. Suriyada neft və qaz resurslarının yenidən bölüşdürülməsi və sünniliyin hökmranlığının qurulması uğrunda faktiki olaraq müharibə gedir. Bəşər Əsəd rejiminin ardınca Livanın “Hizbullah” rejiminə növbə çatacaq, sonra İraqda üstünlük təşkil edən şiələrin mövqelərinin sarsıldılması cəhdləri olacaq, daha sonra bütün bunlar sanksiyalar rejimindən zəifləmiş İrana keçəcək. ABŞ və İsrail çətin ki, ondan əl çəksin.
-Suriyada baş verən hadisələr İranın nüvə proqramına təsir edə bilərmi?
- İdeologiyanın təffəkkür üzərində hökmranlıq etdiyi ölkələrin nüvə silahına sahib olmasının nə dərəcədə təhlükəli olduğu Şimali Koreyanın nümunəsində aydın görünür. Bir tərəfədən, Suriyada ələvilərin hökmranlığına son qoyulması İranı dünya birliyini “bir gecədə” atom bombasının düzəldilməsi mümkünlüyü ilə şantaj eləmək imkanına malik olmaq üçün öz nüvə proqramını sürətləndirməyə təhrik edə bilər. Digər tərfədən, İraq nümunəsi dünya birliyinin hadisələrin belə inkişaf etməsinin qarşısını almaq üçün kifayət qədər imkanlara sahib olmasını daim xatırlatmalıdır. İstənilən halda İran İslam Respublikasında prezident seçkilərinin nəticələrini gözləmək lazımdır - məhz seçkilər Ayətulla rejiminə simasını itirmədən konfrontasiya kursunu daha praqmatik və düzgün yönə dəyişməyə imkan verəcək.
- Yaxın Şərqdəki qeyri-sabitliyin Cənubi Qafqaza təsir göstərmək təhlükəsi varmı?
- Təsəvvür edin ki, baş verən hadisələr nəticəsində İran oyundan çıxdı. Bu vəziyyətdə Ermənistan özünün iqtisadi və siyasi cəhətdən ən etibarlı tərəfdaşlarından birini itirir ki, bu da onu Dağlıq Qarabağ probleminin həllində daha güzəştli mövqe tutmağa vadar edəcək. Bizim cənub sərhədlərimizdə gərginlik aradan qalxacaq. Xəzər dənizinin resurslarının ədalətli bölünməsində razılığa gəlmək imkanı yaranacaq.
Azərbaycanın böyük miqdarda sərbəst vəsaiti yaranacaq ki, onu dövlətin sosial, iqtisadi inkişafının sürətlənməsinə yönəltmək mümkün olacaq. Daxili işlərimizə xaricdən müdaxilə etmək cəhdləri olmayacaq və s. Buna görə də mən hələ ki, ciddi təhlükə görmürəm. Həm də regionda baş verən hadisələr əsasən dini zəminə əsaslanır. Mənə belə gəlir ki, Azərbaycanda din yuxarıda qeyd olunan dövlətlərdə oynadığı rolu oynamır. Həm də ölkəmizdə həyat, eləcə də təhsilin səviyyəsi kifayət qədər yüksəkdir və bu, ekstremizm və fundamentalizmin hər hansı formasının təməlinin möhkəmlənməsinə imkan vermir.
-Region ölkələri üçün çox vacib olan başqa bir hadisə barədə də rəyinizi bilmək istərdik. Türkiyə və İsrail arasında münasibətlərin normallaşması perspektivlərini necə qiymətləndirirsiniz?
- Türk və yəhudi xalqları arasındakı dostluq və əməkdaşlığın kökləri yüz illərlə öncəyə dayanır. Bunu xatırlamaq kifayətdir ki, 1492-ci ildə yəhudilər İspaniyadan qovularkən II Sultan Bəyazit öz dövlətinin bütün qaplarını açaraq on minlərlə yəhudi qaçqını qəbul elədi. Türkiyə uzun müddət 1949-cu ildən İsraillə diplomatik əlaqələrə malik yeganə müsəlman dövləti olub. Hətta 2010-cu ilin may ayından sonra yaranmış ziddiyyətlərə baxmayaraq, iki ölkə arasında ticarətin həcmi və iqtisadi əlaqələr inkişaf etməkdə davam edib. Belə ki, 2010-cu ildə Türkiyədən İsrailə idxal 18%, İsraildən Türkiyəyə ixrac isə 29% artıb. 2011-ci ildə iki ölkə arasında ticarət daha 26% artaraq 2,8 mlrd. dollar təşkil edib. Və Aralıq dənizinin İsrail iqtisadi zonasında aşkar edilmiş böyük ehtiyatlara malik qaz yataqlarını nəzərə alsaq, bu göstəricilər daha da artacaq. Bundan başqa, məlum olub ki, İsrail çox böyük şist nefti ehtiyatlarına malikdir. Buna görə də iqtisadi, siyasi və mən ümid edirəm ki, hərbi əməkdaşlıq perspektivləri kifayət qədər yüksək olaraq qalır. Həm də regionda sülh və sabitliyin qorunması hər iki dövlət qarşısında ümumi vəzifə olaraq durur və təbii ki, Azərbaycan Respublikası da bu məsələdə maraqlıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət