Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak edir. Bu barədə Milli Məclisin saytında məlumat verilir.
Nümayəndə heyətinin tərkibinə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Abbasov, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Sessiyada Türkiyə ilə monitorinq sonrası dialoq, Avropa Birliyinin şərq sərhədlərində miqrasiya proseslərinin tənzimlənməsi, milli parlamentlərin mədəniyyət və təhsilin inkişafında rolu, nano-texnologiyaların fayda və zərərlərinin balanslaşdırılması, dini icmalara qarşı zorakılıq, uşaqlara qarşı cinsi zorakılıqla mübarizə, irqi ayrı-seçkilik, Ermənistanda prezident seçkilərinin nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yaz sessiyasının gündəliyindəki məsələlərin müzakirəsində fəal iştirak edəcəklər.
Sessiya aprelin 22-dən 26-dək davam edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət