Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu arasında keçirilən görüşdə Azərbaycan və İƏT arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İƏT-in baş katibi ölkəmizə hər gəlişi zamanı böyük inkişaf prosesinin şahidi olduğunu deyib. O, Azərbaycanın təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirib. Baş katib təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın rolunu xüsusi qeyd edib.
Azərbaycanda gedən sürətli inkişaf proseslərinə toxunan İ.Əliyev bu baxımdan son illərdə Bakıya və respublikanın digər regionlarına sərmayə qoyuluşunun artmasının önəmini qeyd edib. Prezident qeyri-neft sektorunda əldə edilən nailiyyətlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Dövlət başçısı İƏT üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Həmin gün xarici işlər naziri Elmar Məmmədyarov da İƏT-in baş katibini qəbul edib.
“Görüşdə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın mövcud vəziyyətinə və perspektivlərinə dair məsələlər müzakirə olunub”, - deyə XİN mətbuat xidmətinin məlumatında bildirilir.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət