Bakıda Fələstinə yardımla bağlı böyük beynəlxalq konfrans keçirilə bilər. Belə bəyanatla cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.
“Azərbaycan hər zaman Fələstinə dəstək verib və dəstəyi davam etdirəcək. Dünən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşümdə Bakıda Fələstinlə bağlı böyük beynəlxalq konfransın keçirilməsinə dair təklif irəli sürülüb”, - deyə nazir jurnalistlərə bildirib.
“Yəqin ki, konfrans iyun ayında baş tutacaq”, - deyə o əlavə edib.
Nazir bu yaxınlarda İsrail və Fələsrinə etdiyi səfərlərə toxunaraq Fələstin lideri Mahmud Abbasın ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşmək üçün təcili İstanbula uçması səbəbindən onunla görüşə bilməməsini təəssüflə qeyd edib.
Azərbaycan-İsrail münasibətlərini və Azərbaycanın İsraildə səfirliyinin açılması imkanlarını şərh edən XİN başçısı bildirib ki, Bakı öz xarici siyasətini milli maraqları əsasında qurur. “İsraildə səfirliyin açılması məsələsinə gəlincə, danışıqlar gedir, ancaq bu, müəyyən vaxt aparacaq”, - deyə o bildirib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət