“İnterfaks-Azərbaycan” agentliyinin MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin həmsədri Şəfiq Pşixaçevlə müsahibəsi
- Şəfiq Auyesoviç, bu günlərdə Bakıda MDB Məşvərət Şurasının ikinci iclası keçirildi. Tədbirin yekunlarını necə qiymətləndirirsiniz?
-Həqiqətən aprelin 16-17-də Bakıda MDB müsəlmanlarının Məşvərət Şurasının ikinci konfransı keçirildi. İlk təsis konfransı Moskvada keçirilmişdi. Məşvərət Şurasının yaradılmasında məqsəd MDB müsəlmanlarının birləşdirilməsidir. Əgər biz ən başda birlik ölkələrinin müsəlman təşkilatlarının birləşdirilməsini nəzərdə tuturduqsa, indi bu konsepsiyanın inkişaf etdiyin görürük. Və artıq MDB müsəlmanlarının Məşvərət Şurasının ikinci konfransında biz daha böyük məsələləri qarşıya məqsəd qoyduq. Təəssüf ki, dünyanın daha kövrək olmağa başladığını müşahidə edirik, müsəlmanlara, dinə, ümumilikdə, ənənəvi dinlərə hücumlar edildiyini görürük, biz keçən il Moskvada İsa Məsih kilsəsində nələr baş verdiyinin şahidi olduq. Bu o deməkdir ki, dünyada dini ənənələrin doğru qavranılması yönündə daha çox təhlükə yaranır. Buna görə də biz inandığımız və qəbul etdiyimiz dini ənənələri qorumaq üçün səylərimizi birləşdirməliyik. Bundan əlavə, Şimali Afrika və Yaxın Şərqdə baş verən hadisələr bizi daha çox narahat edir və səylərimizin birləşdirilməsini zəruri edir. Biz birləşməliyik ki, sabah gözlənilmədən bu təhdidlərlə üzləşməyək. Çünki bu gün bir çox yerli münaqişələr islam dövlətinin yaradılması məqsədi ilə məhz dini şüarlar altında baş verir.
Diskussiyalar zamanı bir çox maraqlı fikirlər səsləndi, bununla yanaşı, “Sünni islam dövlətinin yaradılması” kimi anlaşılmaz fikir də irəli sürüldü. Bu, islamın iki böyük cərəyanı olan şiəlik və sünniliyə çağırışdır. Ona görə ki, əgər bir cərəyan önə çıxırsa, belə fikir yaranır ki, o başqa bir cərəyana qarşı çıxacaq. Bu, dünyada müsəlman ümmətinin tərkibində konfessiyaların birgə mövcud olmasına qarşı təhdidlərin daha da artması deməkdir. Biz postsovet məkanı müsəlmanları kimi öz gücümüzü birləşdirərək bu münasibətlərdə aydın mövqe tuta bilərik.
Bundan başqa, əxlaqın itirilməsi kimi qlobal təhlükə də var. Müəyyən dairələrdə hətta demək olar ki, ənənəvi həyat hadisələrinin təhrif olunmuş anlamı mövcuddur. Məsələn, bu gün müəyyən qrup insanlar eynicinsli nikah formasını bütün dünyaya “sırımaq” istəyirlər. Eynicinslilərdən ibarət ailə bizim ənənəvi dinlərdə - nə islamda, nə xristianlıqda, nə iudizmdə, nə buddizmdə, nə də induizmdə qəti şəkildə qəbul edilmir. Ənənəvi ailəni cəmiyyətin özəyi kimi qorumalıyıq. Bu, bütün bəşəriyyətin üzləşdiyi qlobal təhlükədir. Bunu nəzərə almaq lazımdır.
Sizin haqqında danışdığınız birləşmə nədən ibarət olmalıdır?
- Biz ən əvvəl böyüyən nəsillə - gənclərlə iş aparmalıyıq. Onların şüuru bir çox terrorçu qrup və təşkilatlar üçün hədəfdir. Bununla yanaşı, bütün bu hərəkata dini idelogiya da əlavə olunur.
- Yeri gəlmişkən, dini ideologiya haqqında. Son zamanlar islam adından çıxış edən döyüşçüləri islam ekstremistləri, fundementalist, islamçı-terrorçu, intihar edərək özünün və dinc sakinlərin həyatına son verən silahlıları isə “şəhid” adlandırmaq - əgər belə demək mümükündürsə, dəb düşüb. Bu barədə fikrinizi bilmək istərdik.
Ən əvvəl demək istərdim ki, mən belə ifadələrlə razı deyiləm. İslamın belə terminologiya, hal və fikirlərə qarşı mövqeyini biz dəfələrlə bəyan etmişik. Əlbəttə, özünü partladan və bununla yanaşı, bir çox günahsız insanın ölümünə səbəb olan insanı şəhid adlandırmaq olmaz. İslam nöqteyi-nəzərindən özünü öldürən şəxsi islami adət-ənənə ilə dəfh etmək olmaz. Bu cür halları şəhidlik adlandırmaq islama qarşı hörmətsizlikdir. İslam buna qarşıdır və belə hallarla heç bir əlaqəsi yoxdur.
KİV tərəfindən istifadə edilən”islam” və “islamçılar” terminlərinə gəlincə, RF-də keçirdiyimiz bir çox tədbirlərdə biz bu məsələni siyasi, ictimai və dini səviyyədə müzakirə etmişik. Biz dəfələrlə belə ifadələrin işlədilməsinin və belə terminologiyanın tətbiqinin qəbuledilməz olduğunu bəyan etmişik. Biz bu gün islam problemləri ilə məşğul olan hər kəsin islam barədə dərin anlayışı olduğunu deyə bilmərik. Həm də onların heç də hamısı islamı sevmir.
İslamçılar, islam döyüşçüləri - bütün bunlar müsəlmanlar tərəfindən çətin dərk edilən ifadələrdir. Döyüşçü döyüşçüdür, quldur quldurdur və islam qaydalarını pozan insanı yalnız bu şüar altnda çıxış etdiyinə görə islamçı adlandırmaq olmaz. Lakin biz islam dəyərlərini qorumağa hazırıq. İslamı nə qədər alçatmağa, gözdən salmağa çalışsalar da, bu gün qeyri-müsəlman mənşəli bir çox insanlar var ki, onlar islamın əsasları ilə maraqlanır və onu öyrənirlər. Bir həqiqət var - ilahi həqiqət. Və əgər o, insanın qəlbində yer tapıbsa, inkişaf edəcək. Hesab edirəm ki, bütün mənfi hallara baxmayaraq, İnşallah, islam çox sayda insanın təfəkkürünə yol tapacaq.
-Məşvərət Şurasının növbəti beş ildə işləmək niyyətində olduğu hər hansı müəyyən istiqamət və mexanizmləri varmı?
- Bəli, var. Biz öncə Şeyxülislam Allahşükür Paşazadənin MDB Məşvərət Şurasının sədri postundakı fəaliyyətini müzakirə etdik. Biz bilirik ki, bu gün MDB ölkələrinin rəhbərləri arasında siyasi ziddiyyətlər baş verir, hardasa bloklar yaradılır, ölkələr ora daxil olur və ya çıxır. Yəni Birliyin təşəkkülü asan iş deyil. Ancaq biz hamımız - bir dinə, bir inanca sahib olan dindarlar hər şeyə bərabər yanaşmalıyıq. Bununla yanaşı, Şeyxülislam bizim əvəzsiz liderimizdir. O, öz həyatı boyunca bir çox çətinlikləri dəf edib.
O, bu gün həm postsovet məkanında, həm də dünyada, həm müsəlmanlar, həm də istər monoteist, istər dünyəvi, istərsə də ənənəvi dinlərin nümayəndələri arasında nüfuza malikdir. Şeyxülislam özünü daha enerjili dini liderlərdən biri kimi göstərdi. O, dəfələrlə MDB ölkələrinə səfər edərək ölkə rəhbərləri ilə görüşüb, dəfələrlə RF-nin region və subyektlərində də olub.
Söhbətimizin əvvəlində haqqında bəhs etdiyim qlobal təhlükələr, onların dəf edilməsi, hətta dəf edilməsi olmasa belə, onlara qarşı mübarizə yalnız din xadimləri və bir konfessiyanın səylərinin birləşdirilməsini zəruri etmir. Vəziyyət dövlət, siyasi xadimlər və ictimai təşkilatların səylərinin birləşdirilməsini öhdəmizə qoyur, çünki söhbət qlobal təhlükədən gedir. Dövlət təklikdə bu təhlükələrə qarşı dayana bilməz. Bu təhlükələrə qarşı immunitetə malik cəmiyyət olmalıdır. İmmunitet isə yoxdur. Biz postsovet məkanında iqtisadi, sosial, mədəni və mənəvi-əxlaqi çətinliklərlə üzləşirik. Buna görə də səylərimizi birləşdirməliyik. Şeyxülislam səylərin birləşdirilməsinə kömək edəcək və kömək edən şəxsiyyətdir. Bizim məqsədimiz postsovet məkanında müsəlmanların birləşdirilməsidir. Müsəman təşkilatlarının və ya liderlərinin deyil, məhz bütün müsəlmanaların birliyi. Tanrının bizi yaratdığı kimi insanlar olaraq qalmağımız üçün hər kəs tutduğu mövqedən asılı olmayaraq öz səviyyəsində sağlam qüvvələrin birləşməsinə yardım etməlidir. İnsan mənəviyyata, əxlaqa malik varlıqdır. Və əgər insan insanlıq çərçivəsindən çıxaraq öz əxlaqi mahiyyətini itirərsə, o, Yer üzündə bir çox bəlalar törədə bilər.
Bizim Birlik ölkələrində gənclərlə daha çox işləmək, dövlət orqanları ilə qarşılıqlı əlaqələr qurmaq, bütün dini və ictimai təşkilatlarla intensiv əlaqələr qurmaq, təhsil sistemini inkişaf etdirmək və din xadimlərimizin təhsil səviyyəsini yüksəltmək lazımdır. Qarşımızdakı yeni tapşırıq durur - konkret və məqsədyönlü şəkildə bu strukturların yaradılması ilə məşğul olmaq. Bunun üçün daimi işçi qrup yaradılacaq. Bununla yanaşı, konfransda MDB ölkələrinin Məşvərət Şurasının inkişafına yardım edəcək fondun yaradılmasına kömək etmək barədə qərar qəbul edilib
Söhbət etdi Fərdin İsazadə.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət