Birinci Avropa Olimpiya Oyunları 2015-ci iyunun 12-dən 28-dək Bakıda keçiriləcək. Bu barədə gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Oyunları Koordinasiya Komissiyasının birinci iclasının yekunlarına dair mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Avropa Olimpiya Oyunlarında 19 müxtəlif idman növü üzrə 6351 idmançının iştirakı nəzərdə tutulub.
Avropa Olimpiya Oyunları proqramına aşağıdakı idman növləri daxil edilib: kamandan ox atma; su idman növləri – üzgüçülük, su polosu; yüngül atletika; badminton; basketbol – “3X3”; boks, kanoe yarışı; velosiped idman növü; çimərlik futbolu; gimnastika; cüdo; karate; atıcılıq; stolüstü tennis; taekvondo; triatlon; güləş; qılıncoynatma.
Nazirin qeyd etdiyi kimi, Avropa Olimpiya Oyunlarında təqdim olunan 19 növdən üçü qeyri-olimpiya növləridir - çimərlik futbolu, karate və basketbol – “3X3”.
“Əminik ki, ilk Oyunları yüksək səviyyədə keçirə biləcəyik. İnanmaq istərdik ki, bunlar ən möhtəşəm beynəlxalq idman yarışları olacaq”, – deyə A.Rəhimov vurğulayıb.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey qeyd edib ki, Olimpiya Oyunları iştirakçılarının sayı məsələsinə zamanla düzəlişlər edilə bilər.
“Boks və yüngül atletika kimi idman növlərində idmançıların sayı ilə bağlı son qərar hələ qəbul olunmayıb”, - deyə o bildirib.
AOK prezidenti 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı görülən işləri yüksək qiymətləndirib.
“Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Avropa Olimpiya Oyunlarına göstərdikləri maraq bizdə böyük təəssürat yaradıb. Azərbaycanda Prezidentin eyni zamanda Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi bizim üçün uğurdur. Bu, çox nadir hallarda baş verir”, - deyə P.Hickey vurğulayıb.
Onun sözlərinə görə, Avropa Olimpiya Oyunlarının keçirilməsinə qalan iki il ərzində turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün səylər sərf olunacaq.
“Adətən bu cür miqyaslı tədbirlərin keçirilməsi üçün hazırlığa ölkələrə yeddi il vaxt verilir, bu səbəbdən bütün hazırlıq işlərini iki ilə çatdırmaq üçün əlimizdən gələni edirik. Avropa Olimpiya Oyunlarının ənənəvi Olimpiya Oyunlarının dəqiq kserokopiyası olmasını istəmirik. Avropa idman növünə xas olan əhval-ruhiyyəni qorumağa çalışırıq”, - deyə AOK prezidenti vurğulayıb və deyib ki, bir sıra şəhərlər 2019-cü ildə keçiriləcək ikinci AOO-ya namizədliklərini artıq irəli sürüb.
Jurnalistlərin suallarını cavablandıran P.Hickey AOO-2015-də bütün Avropa dövlətlərinin iştirak edəcəyinə əmin olduğunu bildirib.
Oyunların Koordinasiya Komissiyasının sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos Avropa Olimpiya Oyunları üçün inşa edilən idman tikililərini “fantastik” adlandırıb.
“Olimpiadaya hazırlıq prosesində Azərbaycan Prezidenti və birinci xanımın fəal iştirakı faktı bizi çox ruhlandırır. Bu çox vacibdir”, - deyə o vurğulayıb və bildirib ki, Oyunların keçirilməsi üçün yeni idman tikililərinin inşası təsdiq edilmiş qrafikə uyğun davam edir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət