Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycanın AB və Gömrük İttifaqı ilə əməkdaşlığında heç bir ziddiyyət görmür.
“Lakin bir məsələ var. Gömrük İttifaqına daxil olmaq ölkənin öz ticarət siyasətində suverenliyini itirməsi deməkdir. O zaman ölkə ticarət məsələləri ilə bağlı müstəqil şəkildə danışıqlar apara bilməyəcək”, - deyə Ş.Füle cümə günü Azərbaycan Diplomatik Akademiyası tələbələrinin suallarını cavablandırarkən bildirib. O, bu rəyi onunla izah edib ki, Avropa Birliyinin Gömrük İttifaqına daxil olan ölkələrlə əməkdaşlığı müəyyən tənzimləyici çərçivələrin yaradılmasını tələb edə bilər.
Eyni zamanda Avropa komissarı Azərbaycanın həm Gömrük İttifaqı, həm də Avropa Birliyi ilə əməkdaşlığına tərəfdardır.
“Biz Azərbaycanın Gömrük İttifaqı və Avropa Birliyi ilə əməkdaşlığını görmək istəyirik. Burada heç bir ziddiyyət yoxdur”, - deyə Ş.Füle vurğulayıb.
O məlumat verib ki, Avropa Birliyi bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla assosiativ saziş barədə danışıqlar aparır. Bu məsələ həmçinin Moskvada keçirdiyi danışıqların mövzusu olub. “Gömrük İttifaqına daxil olan ölkələrlə bu barədə danışıqlar aparmaq üçün müəyyən elementlər tapmaq vacibdir”, - deyə Ş.Füle bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət