Avropa Birliyi 2013-cü ildə azad və demokratik prezident seçkilərinin keçirilməsi üçün hər cür şəraitin yaradılacağına ümid edir. Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle belə bəyan edib.
“Növbəti prezident seçkiləri Azərbaycanda demokratiyanın səviyyəsinin nümayiş etdirilməsi üçün yeni sınaq olacaq”, - deyə o, cümə günü Azərbaycan Diplomatik Akademiyasında keçirilən mətbuat konfransında bildirib.
Ş.Füle Azərbaycanda prezident seçkilərinin ölkənin beynəlxalq birlik qarşısında üzərinə götürmüş olduğu öhdəliklərə uyğun olaraq “demokratik və açıq” keçiriləcəyinə ümid etdiyini bildirib.
“Demokratik seçkilər yalnız azad monitorinq və səsvermənin təmin edilməsi deyil, həm də azad seçkiqabağı kampaniyanın keçirilməsi üçün lazımi platformanın təmin edilməsidir”, - deyə Avropa komissarı qeyd edib.
O, ölkədə KİV-lərlə bağlı vəziyyəti şərh edərkən bildirib ki, Azərbaycan xalqının azad mətbuatın imkanlarından istifadə etməsi üçün çox iş görmək lazımdır.
“”Biz Azərbaycanda KİV, xüsusən də üç müxalifət yönümlü qəzetlə bağlı vəziyyəti diqqətlə izləyirik. Jurnalistlərin özünüsenzura, eləcə də internetə sərbəst girişə qadağan qoyulması ilə bağlı səsləndirilən fikirlər bizi narahat edir”,- deyə Ş.Füle söyləyib.
O vurğulayıb ki, ölkə hakimiyyəti müstəqil KİV-lərin azad fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına diqqəti artırmalıdır.
Ş.Fülenin sözlərinə görə, Aİ Azərbaycanla əməkdaşlığın qarşılıqlı hörmət və maraqlar əsasında gələcək inkişafında maraqlıdır.
“Azərbaycana səfər çərçivəsində mən prezident, yüksək vəzifəli şəxslər və müxalifət nümayəndələri ilə görüşlər keçirdim və bu görüşlərdə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində gələcək əməkdaşlq, eləcə də ölkədə insanların rifahı naminə keçirilən demokratik islahatlara Aİ tərəfindən dəstək göstərilməsi ilə bağlı məslələri müzakirə etdik”, - deyə o əlavə edib.
Ş.Fülenin sözlərinə görə, readmissiya və viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başa çatmaq üzrədir ki, bu da Azərbaycan vətəndaşlarının Avropa dövlətlərinə gediş-gəliş prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
“Aİ və Azərbaycan arasında energetika sahəsində səmərəli əməkdaşılıq var və biz Avropaya “Cənub dəhlizi” vasitəsilə enerji nəqlinə dair qərarın qəbul edilməsinə lap yaxınlaşmışıq”,- deyə o vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət