Heydər Əliyev Sarayında “Univision” - tələbələrin II mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilib.
Final mərhələsində 12 iştirakçı çıxış edib.
Yarımfinal və final mərhələlərində iştirak edən tələbələr əməkdar artist Tünzalə Ağayevadan vokal dərsləri alıb, xoreoqraf Nailə Məmmədzadə, modelyer-dizayner Gülnarə Xəlilova, prodüser Yalçın Cabbarov ilə çalışıb. Layihənin rejissoru Cavid İmamverdiyevdir.
İştirakçıların çıxışlarından sonra səsvermə başlayıb və Tələbə Gənclər Təşkilatlarının fəallarından formalaşdırılmış “Şura” açıq səsvermə yolu ilə qalibi müəyyən edib. Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə qalib elan olunub (144 səs). Bakı Slavyan Universitetinin tələbəsi Ozal Rəhimov 2-ci (134 səs), Azərbaycan Dövlət Neft Akademiyasının “Old Academy” qrupu isə 3-cü yerə (129 səs) layiq görülüb.
Birinci yerin qalibinə mikrofon formasında “Univision” kuboku və 3000 manat pul mükafatı, ikinci yerə layiq görülən iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat pul mükafatı təqdim olunub.
Qeyd edək ki, tələbələrin “Univision” II mahnı müsabiqəsinin qalibi ölkəmizi Bakıda keçiriləcək Beynəlxalq “Univision” mahnı müsabiqəsində təmsil edəcək.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət